Azərbaycanda növbəti dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AzVision.az-a bildiriblər ki, ilkin məlumatlara əsasən bu gün yerli vaxtla saat 15:53-də İsmayıllıda zəlzələ qeydə alınıb. Episentri yerin 8 km dərinliyində olan zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.
Bu gün günün ikinci zəlzələsi Ağsuda qeydə alınıb. Təkanlar yerli vaxtla saat 15:52-də Pirquludan 14km cənub-qərbdə, Ağsu rayonu ərazisində baş verib. Maqnitudası 3.4, dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb.