Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bank haqda qanun dəyişdirilir

Mərkəzi Bank haqda qanun dəyişdirilir


Mərkəzi Bankın itirilmiş valyuta ehtiyatlarının bərpası məqsədilə mövcud qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. 



Bu barədə “Qafqazinfo”ya millət vəkili Zahid Oruc məlumat verib. O qeyd edib ki, Mərkəzi Bankın ehtiyatları indi dövriyyədə olan pulun 15 faizlik kvotası əsasında formalaşırdı: “Nəzərdə tutulan dəyişiklikdə isə bu tələb ortadan qaldırılacaq. Yəni, Mərkəzi Bank təkcə Nizamnamə kapitalı və dövriyyədəki pul kütləsi ilə deyil, başqa qiymətli kağızlar hesabına da özünün valyuta ehtiyatlarını formalaşdıra biləcək. Beləliklə,son aylar ərzində sürətlə xərclənən rezervlərin yerini doldurmaq üçün Mərkəzi Bank əlavə imkanlar qazanacaq. Bununla da 2015-ci il başlayandan az qala üçdə bir nisbətdə xərclənmiş ehtiyatları bərpa etmək üçün çevik mexanizmlər yaradılır. Aprel ayının hesabatı göstərdi ki, Mərkəzi Bank ölkədə maliyyə bazarını sabitləşdirmək üçün kifayət qədər pul xərcləyir. Lakin dollar aclığını ödəmək mümkün olmayıb və ehtiyatların xərclənməsi də bununla bağlıdır. Ona görə qanunda dəyişikliklər manatın növbəti devalvasiyasının qarşısını almaq üçündür. Yəni,Mərkəzi Bank öz ehtiyatlarından məhrum olsa, dolların kursunu saxlamaq mümkün olmayacaq”. 



Onun sözlərinə görə, vətəndaşlarımızın manata inamını bərpa etmək və iqtisadi-ticarət mühitini fəallaşdırma hələ də problem olaraq qalır: “Ona görə Mərkəzi Bank kursu tənzimləmək üçün güclü olmalıdır və çevik maliyyə alətlərinə malik olmalıdır. Ancaq bütün bunlarla yanaşı, bir çox məhsulların qiymətlərini sabit saxlamaq üçün rüsumlara yenidən baxılmasına ehtiyac var”. 



Qeyd edək ki, Milli Məclisin mayın 15-də keçiriləcək plenar iclasında “Mərkəzi Bank” haqqında qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. 


Teqlər:
Bu xəbər cəmi 1025 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR