Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Könüllü tələbələrin imtahan vaxtı dəyişə bilər

Könüllü tələbələrin imtahan vaxtı dəyişə bilər


Bakı Dövlət Universitetində imtahanların təxirə salınması ilə bağlı yayılan məlumatlara universitetin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova aydınlıq gətirib. 



Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkədə yazıb. O qeyd edib ki, Bakı 2015 Avropa Oyunlarına Bakı Dövlət Universitetindən qoşulan tələbələr qonaqların qəbul olunması, idman sahəsində iş görülməsi, media üzvlərinə və fəxri qonaqlara kömək göstərilməsi kimi 250 müxtəlif vəzifəni yerinə yetirəcəklər: “Könüllülərin yay oyunları ilə bağlı hazırlıq dərsləri, məşqləri və digər tədbirləri bu il may ayına çəkilmiş yay imtahan sessiyası ilə üst-üstə düşdüyündən onlar üçün iyun ayının sonunda imtahan keçiriləcək. Yuxarıda qeyd edilmiş səbəblərdən imtahanlara yaxşı hazırlaşa bilməyən və imtahanda iştirak edə bilməyən könüllülər ərizə ilə müraciət edərək iyun ayında onlar üçün imtahan təşkil olumasını xahiş edirlər. Qeyd edək ki, belə ərizə ilə müraciət etmək hər bir tələbənin şəxsi işidir, yəni tələbə imtahanlarda iştirak edə də bilər və bu hüquq BDU-nun 20000 tələbəsindən yalnız könüllülərə şamil edilir”.


Teqlər:
Bu xəbər cəmi 1270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR