“Yenimeydan.info”nun məlumatına görə, ötən müddətdə 14 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 3-ü döyüş (3 nəfər erməni gülləsi), 17-si isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 2 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 3 nəfər intihar edib. Dünyasını dəyişənlərin 16-ı Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i XDBMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (14 nəfər) onların 3-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 2-si mülki şəxslərlə davadan, 2-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2-i bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 4-ü isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 12 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, nəfər Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.