AzNET şəbəkəsinin istifadəçiləri dünya internet kontentinə daha sürətli giriş əldə edəcəklər. Bunu Azərbaycanın ilk provayderi "Delta Telecom" şirkətindən deyiblər.
Şirkətdən bildiriblər ki, bu, "Delta Telecom"un DATA mərkkəzində "Akamai" CDN provayderinin server platformasının quraşdırılmasından sonra mümkün olacaq.
Şirkətdən qeyd ediblər ki, avadanlığın quraşdırılması üzrə işlər yekun mərhələdədir.
Qeyd edək ki, "Akamai" serverləri ən çox baxılan internet saytlarında trafiki idarə etməyə imkan verəcək. (trend.az)