Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda parkinq problemi

Bakıda parkinq problemi
Yol polisi parkomata pul ödəyib maşın saxlayanlara cərimə yazdı: narazılıq yarandı

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt ərazisində quraşdırılan parkomatlarla bağlı gülməli və ağlamalı hadisələr davam etməkdədir. Belə hallardan biri də sosial şəbəkələrdə yayılan videoda əksini tapıb. Bizimyol.info saytının Avtosfer.az-a istinadən məlumatına görə, həmin videodan məlum olur ki, parkomat olan ərazidə dayanan avtomobillərə yol polisi tərəfindən protokol yazılıb və protokollar avtomobillərin qabaq alın şüşəsində şüşəsilənin altına qoyulub. Maraqlısı budur ki, şüşəsilənin altına qoyulan protokoldan əlavə, orada həm də sürücünün parkomata pul ödədiyini təsdiq edən qəbz də var. 


Sual yaranır; bura parkinqdirsə niyə DYP cərimə yazır? Parkinq deyilsə, o parkomatı ora kim qoyub? Anlayışı olmayan sürücülərə kömək məqsədilə onlardan pul alıb parkomata atan, onlara qəbz verən XTAİ işçisi orada nə gəzir?


Qəribədir ki, cəriməni yazan da dövlət qurumudur, parkinq yaradan da. Necə olur ki, Bakı şəhər İcra Hakimiyyəti parkinq yaradır, amma Bakı şəhər Dövlət Yol Polisi İdarəsi həmin parkinqdə dayanan maşınlara cərimə yazır? Bu iki qurum öz aralarında razılığa gələ bilmədikləri üçün bunun cəzasını sürücülər niyə çəkməlidir?


Zəruri bir qeydi də etmək yerinə düşər ki, parkinqdə dayanan avtomobillərə DYP-nin cərimə yazması qanunda da var. Çünki elə parkinq yerləri mövcuddur ki, orada maşın saxlamağa müəyyən saatlarda icazə verilir. Yəni, həmin vaxtdan əvvəl orada maşın saxlanıldıqda yol polisi sürücüyə cərimə yaza bilər. Lakin bu videodakı mənzərədən aydın olur ki, yol polisi cəriməni kütləvi şəkildə yazıb. Ola bilməz ki, bu sürücülərin heç bir parkinqdə dayanma ilə bağlı hansısa vaxt məhdudiyyətinin olduğunu bildirən lövhəni görməsinlər. Ya lövhə yoxdur, yol polisi də buna görə cərimə yazıb, ya da həmin ərazidə dayanma-durma qadağan olsa da, Bakı şəhər İcra Hakimiyyəti DYP ilə razılaşdırma aparmadan oranı parkinq elan edib.


Hər bir halda, iki dövlət qurumu arasındakı yarıtmaz əməkdaşlığa görə sürücüləri cərimələmək düzgün deyil. Əvvəl özünüz məsuliyyət daşıyın, sonra sürücülərdən məsuliyyət tələb edib məsuliyyətə cəlb edin!

Teqlər:
Bu xəbər cəmi 1030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR