Madridin “Real” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Nepalda zəlzələnin yaratdığı fəsadları aradan qaldırmaq məqsədilə xeyriyyəçilik fondlardan birinə 7 milyon avro ödəyib.
Bu barədə AzVision.az Böyük Britaniyanın “The Telegraph” qəzetinə istinadən xəbər verir.
Ronaldu həmçinin özünün “Facebook” sosial şəbəkəsində 10 mindən çox fanatını da Nepala pul yardım etməyə səsləyib.
Qeyd edək ki, aprelin 25-də Nepalda 7,8-7,9 gücündə zəlzələ baş vermişdi. Ayın 26-da isə bütün regionda yeraltı təkanlar hiss edilmişdi.
Son məlumatlara görə, Nepalda ölənlərin sayı 7521, xəsarət alanların sayı 14366 nəfərə çatıb.