Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bank maliyyə sisteminin çökəcəyini açıqladı

Mərkəzi Bank maliyyə sisteminin çökəcəyini açıqladı

Konstitusiya Məhkəməsinin dollar kreditlərinə həsr olunmuş iclasından reportaj


 


Ombudsman əhalinin maraqlarını müdafiə edib, Milli Məclis isə banklara qahmar çıxıb Əkrəm Həsənov: «Hamımıza Konstitusiya Məhkəməsinin qərarını gözləmək qalır»


 


Dünən Konstitusiya Məhkəməsi Plenumunun dollar kreditlərinin hansı məzənnə ilə qaytarılmasını aydınlaşdırmaq üçün iclası keçirilib. Prosesdə tərəflər dinlənilib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, yaxın günlərdə dollar kreditləri ilə bağlı qərar açıqlanacaq.


 


Qeyd edək ki, məhkəmədə tərəflər Göyçay Rayon Məhkəməsi, Ombudsman Aparatı, qarşı tərəfdə isə Azərbaycan Mərkəzi Bankı və Milli Məclis olub. 


 


Hüquqşünas Əkrəm Həsənov sosial şəbəkədə dünən keçirilən iclasdan öz müşahidələrini paylaşıb. O qeyd edib ki, Konstitusiya Məhkəməsi qarşısında 2 sual durur: Birincisi, xarici valyutada kreditlər və əmanətlər qanunidirmi? İkincisi, xarici valyutada kredit və əmanətlər öhdəliyin yarandığı, yoxsa cari məzənnə ilə manatla qaytarılmalıdır?


 


"Məhkəmə iclasında çıxışlar, əsasən birinci suala həsr olunmuşdu. Əvvəllər də deyirdim ki, əsas elə məhz birinci sualdır. Çünki məhz burada bankların mövqeyi hüquqi cəhətdən ümidsiz, praktiki cəhətdən isə olduqca ağırdır", -deyə Ə.Həsənov qeyd edib. 


İclasda 7 nəfər çıxış etdi. Onların ilk dördü, əsasən bankların əleyhinə olan mövqedən çıxış etdilər, qalan 3-ü isə, əksinə bankları tam müdafiə etdilər.


 


İlk çıxışı Ombudsmanın nümayəndəsi edib. Ə.Həsənova görə ən radikal çıxış olub: "Mənası bu idi ki, xarici valyutada olan kreditlər qanunsuzdur və kredit məbləğləri alındığı günün məzənnəsi ilə banklara qaytarılmalıdır. Başqa sözlə, ombudsman hər iki məsələnin əhalinin xeyrinə həll olunmasını tələb etdi. Hakim Qvaladze ona sual verdi ki, kreditin verilməsi ödənişdirmi? Sualın gizli mənası Konstitusiyanın pozulub-pozulmaması idi. Cavab verildi ki, bəli, ödənişdir, buna görə də nəinki Mülki Məcəllə (MM), həmçinin Konstitusiyanın 19-cu maddəsi bununla pozulur. 


 


İkinci çıxışı Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayev etdi. Sadəcə bir daha deyildi ki, Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərhini xahiş edirlər. Hakim Qvaladze bundan da soruşdu ki, kreditin verilməsi ödənişdirmi? Cavab oldu ki, bəli, ödənişdir (yəni xarici valyutada kredit vermək Konstitusiyanın pozulmasıdır)".


 


Növbəti çıxışlar BDU-nun Mülki hüquq kafedrasının dosenti Azad Talıbov edib. Talıbov əvvəlki natiqlərdən fərqli olaraq, kreditin xarici valyutada verilməsini Konstitusiyaya zidd hesab etmədi. 


 


"Ali Məhkəmənin hakimi İlqar Dəmirov isə çıxışında 439.2 və 439.7-yə heç toxunmadı. Ümumən dedi ki, bu məsələlərə baxarkən MM-in borc fəslini də təhlil etmək lazımdır. Amma yekunu belə vurdu: 439.1 və 439.2 Konstitusiyaya ziddir. O mənada ki, ölkədə xarici valyutada pul öhdəliyini heç bir halda ifadə etmək olmaz və xarici valyutada ödəniş etmək olmaz", - deyə Ə.Həsənov bildirib. 


 


O qeyd edib kii, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov çıxışında 439.2 və 439-yə toxunmayıb: "Əsədov bankları açıq-aşkar müdafiə etdi. Əvvəla, dedi ki, Konstitusiyanın 19-cu maddəsi bank-kredit münasibətlərinə aid deyil. Bank istədiyi valyutada krediti ifadə edə bilər, verə də bilər, qaytara da. Nəyə görə Konstitusiya banklara aid deyil? Natiq bunu açıqlamadı. Belə çıxdı ki, Konstitusiya banklara şamil olunmur! 439.1 haqda isə dedi ki, orada yenə də söhbət ödəniş vasitəsindən gedir. Halbuki, həmin maddədə "ödəniş vasitəsi" termini heç yoxdur. Buna görə də Konstitusiyanın davamıdır və banklara aid deyil. Bununla da belə nəticəyə gəldi ki, MM-in pul öhdəliklərinə dair müddəaları kreditə aid deyil. Kredit münasibətləri guya ki, yalnız MM-in "Borc" fəsli ilə tənzimlənir. Ən maraqlısı budur ki, həm Konstitusiya Məhkəməsi, həm də digər məhkəmələr indiyə qədər kredit mübahisələrinə baxarkən həmişə MM-in pul öhdəliklərinə dair müddəalarına istinad ediblər. İndi isə Əsədov bunun tam əksini deyir. Sonda isə o xəbərdarlıq etdi: Fərqli qərar qəbul edilərsə, xarici valyutada bütün kredit müqavilələri etibarsız olacaq, bu da ölkədə böyük problemlər yaradacaq. Başqa sözlə, hakim Konstitusiyaya və qanunlara deyil, qərarın iqtisadi nəticəsinə istinad etdi".


 


Plenumda Mərkəzi Bankın direktoru Rəşad Orucov çıxış edib.


Rəşad Orucov, "Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər", deyib.


 


Rəşad Orucov qeyd edib ki, "kreditlərin verilməsi" "ödəniş vasitəsi" anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir.  Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.


"Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır"- o deyib.


 


Mərkəzi Bankın direktorunun sözlərinə görə, kreditlərin dollarda verilməsi Konstitusiyaya zidd deyil. Konstitusiyaya görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Ödəniş dedikdə alınan mal və xidmətlərin dəyərinin ödənilməsi başa düşülür. Kreditin verilmsi isə, pul əşyasından mülkiyyət hüququnun başqasına verilməsidir.


 


Rəşad Orucov qeyd edib ki, bu gün Azərbaycanda bank sisteminin aktivlərinin 87%-i cəlb edilmiş vəsaitlərdən ibarətdir. Cəlb edilmiş vəsaitlərin böyük hissəsini depozitlər, depozitlərin də böyük bir hissəsini əhalinin əmanətləri təşkil edir:


 


"Bu gün banklarda əhalinin 7,8 milyard manat əmanəti var. Son vaxtlar bu əmanətlərin böyük bir hissəsi xarici valyutaya konvertasiya edilib. Əgər ötən ilin sentyabr ayının 1-də banklarda əhalinin əmanətlərinin 37%-i xarici valyutada idisə, bu gün əmanətlərin 67%-i xarici valyutadadır. Əmanətlər qısa bir müddətdə xarici valyutaya çevrilibdir, banklar isə bu vəsaitləri tam yerləşdirə bilməyiblər. Bu səbəbdən də bankların əlavə 800 milyon manat xərcləri əmələ gəlib".


R.Orucov qeyd edib ki, fərqli qərar qəbul edilərsə;


 


- bankların itkiləri arta bilər,


- banklar öz öhdəliklərini yerinə yetirə bilməyəcəklər, o cümlədən əmanətləri geri qaytara bilməyəcəklər,


- maliyyə sistemində sabitlik pozula bilər,


- bankların müflis olmasının dövlət büdcəsi hesabına qarşısının alınması gündəmə gəldiyində əhəmiyyətli büdcə xərcləri yarana bilər,


- bankların kredit vermək imkanları azalacaq,


- biznes və əhali kredit ala bilmədiyindən iqtisadi inkişaf ləngiyəcək,


- iqtisadi inkişaf ləngiyəcəyindən şirkətlər işçiləri ixticar edəcəklər,


- biznesdə inkişaf dayandığından ödənilən vergilər azalacaq,


- bankların öz kapitalları aşağı düşəcək,


- bankların kapitalları azaldığından xarici kreditorlar Azərbaycan banklarına verdikləri kreditləri geri tələb edəcəklər. Bu da ölkənin valyuta ehtiyatlarına ciddi təzyiq yarada bilər,


- risklər domino effekti ilə digər sahələrə ötürülə bilər.


 


Plenumun qərarının yaxın günlərdə açıqlanacağı bildirilib. 


Hüquqşünaslar Konstitusiya Məhkəməsi Plenumunun qərarının bankların xeyrinə ola biləcəyini proqnozlaşdırırlar. Böyük ehtimalla "kreditin verilməsi"  və ya "öhdəliyin yaranması", "kreditin ödənilməsi", "pulun dövriyyəsi" anlayışlarının "ödəniş vasitəsi" anlayışları ilə eyni olmadığı izah ediləcək. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə görə, Azərbaycan ərazisində yeganə ödəniş vasitəsi manatdır. Lakin kreditin verilməsi və qaytarılması "ödəniş" sayılmayacağından, dollarda olan kreditlər dollarda alınmışdırsa, dollarda da geri qaytarılmalı olacaqdır.


 


Ə.Həsənov əlavə edib ki, bir neçə gün öncə Konstitusiya Məhkəməyə göndərdiyi rəydə bu yanaşmanın yanlış olduğunu əsaslandırıb: "Rəşad Orucov elə bil, Konstitusiya Məhkəməsinin qarşısında deyil, Nazirlər Kabinetində çıxış edirdi". Milli Məclisin Aparatının əməkdaşı Rövşən Muradov da Mehdi Əsədovu da tam dəstəkləyir.Amma nəzərə alaq ki, son üç çıxışı bankların müdafiəçiləri etdi. Ştirlits deyirdi ki, yadda qalan son ifadə olur. Ümid edək ki, bu təsadüf idi və Konstitusiya Məhkəməsinin hakimlərinin yadında digər çıxışlar da qalacaq. Habelə ümid edirəm ki, onlar mənim yazdığım hüquqi rəyi də oxuyacaqlar. Ən azı ona görə ki, son üç çıxışın tam əsassız olduğunu mən orada izah etmişəm.


 


Hamımıza isə Konstitusiya Məhkəməsinin qərarını gözləmək qalır".

Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR