Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Üzgüçülərimiz birinci oldu

Üzgüçülərimiz birinci oldu


Azərbaycan üzgüçüləri Xaçmazda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə komanda hesabında birinci olub



Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, üzgüçülüyün müxtəlif növlərində 27 qızıl, 15 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzgüçülərini geridə qoyaraq komanda hesabında birinci olublar.



5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnir mayın 6-da yekunlaşıb.



Beynəlxalq turnirdə qalib gələn idmançılar medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.



Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil edilən beynəlxalq turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar güclərini sınayıblar. Azərbaycan komandası yarışlara 38 idmançı ilə qatılıb. 



Onların 12-si ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək. Turnirdə Gürcüstanın 20, Qazaxıstanın 10, Qırğızıstanın 10, Rusiyanın isə 4 üzgüçüsü medallar uğrunda mübarizə aparıb.


Teqlər:
Bu xəbər cəmi 1375 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR