Xarici işlər naziri Elmar Məmmədyarov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birreli qəbul edib.
XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və BP arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, həyata keçirilən enerji layihələri və perspektivləri, dünyanın enerji bazarındakı son durumlar barəsində fikir mübadiləsi aparıldı.