Əliyev Şahin (40 yaş)
Əliyev Vahid (33 yaş)
Əhmədov Rza (50 yaş)
Xəlilov Qürbət (45 yaş)
İlham Ramazanov (35 yaş)
Siyahı dəqiqləşdirilir.
Elçin İsmayıllı həmçinin deyib ki, onun qonşusu Qəribəv Rüfəti də polis həbs etmək istəyib. Lakin o hal-hazırda rayonda yoxdur.
İlham Ramazanov bir neçə gün əvvəl saxlanılacaqmış. Rayonda olmadığı üçün prokurorluğa gəlməsi barədə ailəsinə xəbərdarlıq edilmişdi. Onu günortadan sonra polisə aparıblar.
Bölgə müxbirinin bildirdiyinə görə, İlham Ramazanlının ağbirçək anası Səyyarə Ramazanova oğlunun taleyi ilə maraqlanmaq üçün polis şöbəsinə gəlib, amma burada şöbə rəisi Nizami Qocayevin təhqiramiz münasibətilə qarşılaşıb. Polis rəisi Səyyarə Ramazanovanın yaşını və şəhid anası olmasını da nəzərə almayıb. Qeyd edək ki, İlham Ramazanlının qardaşı Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Elçin İsmayıllı bildirir ki, saxlanılan hacıhəsənlililərdən onun qardaşı, həmin kəndin sakini və fevralın 4-də həbs edilən Elşən İsmayıllının əleyhinə ifadə almaq istəyirlər