Alternativ yollardan istifadə olunması xahiş edilir.
Sabahdan “TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar bəzi yollarda hərəkət məhdudlaşdırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycanın Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 1-ci mərhələsinin keçirilməsi ilə əlaqədar mayın 6-da aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sabah saat 09.00-dan 14.30-dək Dövlət Bayrağı Meydanından Bibiheybət - Salyan şosesi (M2) - Sahil qəsəbəsi - Dairəvi yol Qızıldaş - Müşfiq postu - Bakı-Şamaxı yolu (M4) - Sulutəpə - Ekologiya postu - Bakı-Quba şosesi (M1) - Masazır - Novxanı (Akvapark) - Corat qəsəbəsi (dənizqırağı yol) - Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bakı şəhərində:
Bayraq meydanından Bibiheybət məscidinədək (Salyan şosesi, əks istiqamətdə)
saat 10:00-dan 10:40-dək,
Bakı-Ələt yolunda:
Bakı-Sahil qəsəbəsi yolunda (Ələt istiqamətində)
saat 10:30-dan 11:10-dək,
Sahil-Zeynalabdin Tağıyev qəsəbələrini birləşdirən yolda:
Sahil-Zeynalabdin Tağıyev yolu (hər iki istiqamətdə)
saat 11:00-dan 12:00-dək,
Bakı-Şamaxı yolunda:
Bakı-Şamaxı yolu, Sulutəpə qəsəbəsinədək (Bakı istiqamətində)
saat 11:50-dən 12:15-dək,
Bakı-Sumqayıt yolunda:
Bakı-Sumqayıt yolu, Sulutəpə qəsəbəsindən Masazır qəsəbəsinədək (Sumqayıt istiqamətində)
saat 12:10-dan 12:25-dək,
Masazır-Novxanı-Sumqayıt yolunda:
Masazır-Novxanı yolu (hər iki istiqamətdə)
saat 12:15-dən 12:30-dək,
Novxanı-Sumqayıt dəniz kənarı yolu (hər iki istiqamətdə)
saat 12:20-dən 12:45-dək,
Sumqayıt şəhərində:
Azərbaycan, Heydər Əliyev, Cəfər Cabbarlı, Zülfü Hacıyev, Sülh prospektləri, habelə Üzeyir Hacıbəyov küçəsi ilə Babək prospektinin kəsişdiyi ərazi
saat 12:30-dan 14:30-dək.
Göstərilən vaxtlarda alternativ yollardan istifadə olunmasını xahiş edilir.