Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bağlanan avtobusların tam siyahısı- Oxuyun ki, yolda qalmayın

Bağlanan avtobusların tam siyahısı- Oxuyun ki, yolda qalmayın


Dünəndən etibarən bir neçə marşrut avtobuslarının hərəkət istiqamətində dəyişiklik edildiyi barədə ictimaiyyətə məlumat verilib. 



Baş verən dəyişikliklərlə bağlı “Qafqazinfo”ya açıqlama verən Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli deyib ki,  70 nömrəli marşrut xəttinin də istiqaməti dəyişdirilib: “Həmin marşrutun sonuncu dayanacağı Neftçilər metrosu olacaq. Bundan əlavə, 124 saylı avtobusun hərəkət istiqaməti də 20-ci sahəyə qədər uzadılıb. Bəzi marşrutların xəttən  yığışdırılmasının səbəbi onların təkrarlanan istiqamətlərdə hərəkət etməsi ilə bağlı idi. Bu səbəbdən də onların xəttən çıxarılması məsələsi zərurui idi. Hazırda sərnişinlər bu məsələ ilə bağlı  narahatdırlar. Onlar dəyişiklikliyə gec alışırlar. Amma bilməlidirlər ki, həyata keçirilən işlər onların rahatlığı üçündür.



Bundan əlavə, şəhərdaxili avtobuslar da açılacaq. Bunlar yeni alınan qırmızı rəngli avtobuslardır. Onu da qeyd edim ki, xətdən çıxarılan avtobusların sürücüləri də işsiz qalmayacaq. Onlar əvəzlənən marşrutlarda işlərini davam etdirəcəklər”.



Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı isə “Qafqazinfo”ya açıqlamasınad bildirib ki, xəttən çıxarılan və ya hərəkəti qısaldılan marşrut xətlərinin dayanacaqları ilə bağlı hələ ki, vahid cədvəl yoxdur: “Çünki hazırda həyata keçirilən işlər Avropa ouyunları ilə bağlıdır: “ Şəhərin mərkəzinə olan nəqliyyat axınını azaltmaq üçün  marşrut  xətlərinin hərəkətinə qısaldılma baş verib. Amma Oyunlar bitəndən sonra yenidən əvvəlki istiqamətlərdə hərəkət davam edəcək. Bizə insanlar müraciət edirlər ki, dayanacaqlardakı monitorlarda da dəyişiklik edilməyib. Şəhərdaxilində 664 monitor var. Onların hər birində dəyişiklik etmək üçün bütün sistemi yeniləmək lazımdır. Bu isə tez vaxtda həll ediləcək məsələ deyil. Eyni zamanda bu marşrutlarla bağlı verilən qərar müvəqqəti məsələ olduğu üçün hələ ki dəyişdirmək mümkün olmayacaq. Qərar tam verildikdən sonra biz bu işləri həyata keçirəcəyik”.



Qeyd edək ki, ötən gün verilmiş qərara əsasən 14 nömrəli marşrut 24 saylı xətt avtobusu ilə əvəz olunub. 20, 188, 53, 90, 83 saylı avtobuslar ləğv edilib.



86 saylı avtobus 29 saylı marşrutla əvəz olunub. 124 saylı avtobus 20-ci sahəyə qədər uzadılıb. 193 saylı marşrut şəhərin mərkəzindən çıxarılıb. 70 saylı avtobusun istiqaməti dəyişdirilib.



95 və 2 saylı marşrut xəttinin hərəkət istiqaməti “Xətai” metrosuna qədər qısaldılıb. 


Teqlər:
Bu xəbər cəmi 790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR