Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.
AzVision.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya AzTV-dən məlumat daxil olub. Sərəncama görə, cəmiyyət sədrinin radio üzrə müavini Cavanşir Cahangirov, sədrin televiziya üzrə müavini Faiq Hüsiyev vəzifələrindən azad ediliblər.
Prezidentin digər sərəncamı ilə Elsevər Dünyamalıyev cəmiyyət sərdinin radio məsələləri üzrə, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini təyin olunub.