Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci illik Toplantısı çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə AİB arasında elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə kreditin ayrılmasına dair ilkin niyyət protokolu imzalanıb.
AzVision.az xəbər verir ki, protokolu Azərbaycanın maliyyə naziri Samir Şərifov, “Azərişıq” ASC-nin sədri Baba Rzayev və AİB-in vitse-prezidenti Vençay Jangin imzalayıblar.
Memorandum ölkənin enerji sisteminin yenidən qurulmasını və modernləşdirilməsini nəzərdə tutan 1 milyard dollar investisiya proqramı üzrə anlaşma əsasında imzalanıb.