Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hamısının sirri açıldı - Fotolar

Hamısının sirri açıldı - Fotolar


Hər hansı bir firma, şirkət yaranarkən özünə mütləq loqo seçir ki, bu da şirkətin gələcəkdə reklam kampaniyalarında mühim rol oynayır. 



Qafqazinfo” məlumat verir ki, CNN-Türk məşhur şirkətlərin loqolarındakındakı gizli mənaları araşdırıb və maraqlı nüanslar ortaya çıxıb. Belə ki, ilk olaraq məşhur avtomobil şirkəti BMW-dən başlayaq. Bu alman firması əvvələr təyyarə istehsalı ilə məşğul olduğu üçün loqolarındakı mavi və ağ rəng səmanı təmsil edir. Ağ hissələr mavi səmada təyyarənin pərvanəsi kimi düşünülüb. 





ABŞ-ın poçt xidmətini həyata keçirən FedEx şirkətinin loqosunda “E” və “X” hərfləri birləşir. Qalan boş hissədə isə ox işarəsinin yarandığını açıq görə bilərik. Bu göndərilənlərin yerinə və tez çatacağına işarə edir. 





Apple şirkətinin məşhur loqosu dişlənmiş alma həm Adəm və Həvva, həm də ilk kompüter istehsalında böyük əməyi olan, zəhərə batırdığı almanı yeyib intihar edən Alan Turingə xitab olaraq istifadə olunduğu deyilir. 





NBC telekanalı rəngarəng loqosu ilə həyatın hər rəngini bizə göstərdiyini bildirmək istəyir. Ancaq loqo sadəcə rəngli halqalarla kifayətlənməyib. Diqqətlə baxsaq, mərkəzində tovuzquşunun başını, rənglərin isə açılmış quyruğu olduğunu müşahidə edə bilərik. 





Təraş vasitələri istehsal edən Gillette firmasının loqosundakı “G” və “İ” hərflərinə diqqətlə baxsaq, ülgüclə kəsilmiş kimi olduğunu görəcəyik. Bu, firmanın necə iti ülgüclər istehsal etdiyini göstərməyə çalışır. 





Formula 1-in loqosunda 1 rəqəmini qırmızı hissənin yaratdığını düşünürük. Ancaq loqodakı 1 Formula sözü ilə qırmızı hissə arasındakı boşluqda gizlənir. 





Google sözü isə amerikalı bir riyaziyyatçının 100 sıfırlı bir rəqəmə verdiyi addır. 





İsveçrənin Bern şəhərində istehsal olunan Toblerone şokoladları öz loqolarında şəhərlərinin adını gizlətməyi bacarıb. Şəhərlərin ayısı adlandırılan Bernin (oxu: ber alman dilində ayı deməkdir) loqosunda dağın ağ hissəsində gizlənən ayı şəkli öz əksini tapır. 





Coca-Cola əslində Amerikan şirkətidir. Ancaq “o” və “l” hərflərinin birləşdiyi yerdə Danimarka bayrağı əmələ gəlir. Təsadüfdən istifadə edən Coca-Cola şirkəti Danimarkadakı bütün reklamlarda bunu vurğulamağa çalışır. 





Onlayn satış markası olan Amazonun loqosundakı “A”-dan “Z”-yə doğru ox işarəsi isə heç də təsadüfi deyil. Bu, axtardığınız hər şeyi tapa bilərsiz ilə yanaşı, müştərilərinə xoş bir gülümsəmə mesajı göndərməyi də unutmur.




Teqlər:
Bu xəbər cəmi 940 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR