Duz yalnız yeməklərimizə dad qatmır. Duzun həm də bilmədiyiniz faydaları var.
Qapı girişlərinə və parketin boş yerlərinə duz töksəniz qarışqaların gəlməsinin qarşısını almaq olar;
Qoltuqaltında yaranan tər ləkələrindən xilas olmaq üçün isti suya 4 qaşıq duz atın və paltarlarınızı bu qarışıq ilə yuyun;
Duz qan ləkəsinə qarşı da olduqca təsirlidir. Soyuq duzlu suyu qan ləkəsi olan hissəyə tökün sonra ilıq su ilə yuyun;
Duz, karbonat (soda) və bir az su qarışdırıb dişlərinizi fırçalasanız, bəyazlaşdığını görəcəksiniz;
Masadakı su ləkələrinin üzərinə duz və zeytun yağı qarışığı töküb ovsanız, ləkələr gedəcək;
Qazandakı yağ və kif ləkələrinə duz və bir neçə damcı limon suyu töküb təmizləsəniz ləkələrin tez bir zamanda təmiz olacaq;
Soyuducunu su, duz və karbonat (soda) qarışığı ilə təmizləsəniz, soyuducunun pis qoxulardan xilas olduğunu görəcəksiniz;
Yağ yapışan tavalara duz töküb kağız dəsmal ilə təmizləyin;
Qırmızı şərab tökülən yerə dərhal duz tökün. Ardından soyuq su ilə yuyun, duz şərabın böyük qismini təmizləyəcək;
Davamlı qəhvə hazırladığınız çaydanın içinə duz və buz qoyub çalxalayın, tərtəmiz olduğunu görəcəksiniz.//atv.az