Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-90, Kiçik Qafqazın çaylarında 30-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, son iki gündə yağan yağışlar nəticəsində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 33 santimetr artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində də suyun səviyyəsi 24 santimetr artıb.
Kür çayının aşağı axınında isə suyun səviyyəsində əsasən azalma qeydə alınıb.
Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 315, Şirvanda 171, Salyanda 135, Bankədə 173, Araz çayının Novruzlu məntəqəsində isə 45 santimetr olduğu müəyyən edilib.