Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan nefti yaxın vaxtda 80 dollar/barelə qədər yüksələ bilər - PROQNOZ

Azərbaycan nefti yaxın vaxtda 80 dollar/barelə qədər yüksələ bilər - PROQNOZ
ABŞ-ın Energetika İnformasiyaları Agentliyi (EİA) ölkənin ən nəhəng neft ehtiyatları rezervuarı olan Kuşinqdə noyabr ayından bu tərəfə ilk dəfə olaraq azalma qeydə alındığını açıqlayıb. Ötən həftə ərzində ehtiyatlar 514 min barel azalaraq 61,7 mln. barelə enib. Daha öncə təhlilçilər rezervuarların bir müddət sonra neft ehtiyatları ilə dolacağını və neft saxlamağa yerin olmayacağını proqnozlaşdırırdılar. Bununla da neftin qiyməti minimum səviyyələrə ensə də, bu gün proqnozların özünü doğrultmadığı və bir qədər şişirdilmiş olduğu məlum olub. Nəticədə neftin qiyməti minimum səviyyədən 45% artaraq 66 dollara çatıb. Təhlilçilər neft bazarında tələb və təklif arasında balansın düzəlməyə başladığını bildiriblər. ABŞ neftayırma zavodları tərəfindən orta günlük xam neft istehlakı da 105 min barel artaraq 16,1 mln.barelə çatıb. Tələbin artması əsasən mövsümi faktorlarla izah olunur. "Report" agentliyinin analitik qrupu hesab edir ki, qısa müddət ərzində Yəmən və Səudiyyə Ərəbistanı arasında münaqişə və may ayından etibarən ABŞ-da neft hasilatının azalması ehtimalı neftin qiymətinin azalmasına imkan verməyəcək. Belə ki, may ayının sonuna və iyunun əvvəllərinə qədər neftin barelinin 75 dollara satılacağı proqnozlaşdırılır. Azərbaycanın ixrac etdiyi Azəri Light markalı neftin qiyməti isə 80 dollar/barelə qədər yüksələ bilər. Qeyd edək ki, iyul ayının 1-nə qədər İranla "altılıq" ölkələrinin nüvə danışıqları bitməlidir. Müsbət bir nəticə əldə edilərsə, neftin qiyməti yenidən 50-60 dollar/barel aralığına düşə bilər. İraqdan gələn son məlumatlara görə isə aprel ayında neft ixracı artaraq gündəlik 3 077 mln. barelə çatıb (mart ayında ixrac gündə 2 980 mln. barel təşkil edib). Nəticədə, neftin qiyməti uzunmüddətli perspektivdə azalma tendensiyasını qoruyacağı gözlənilir.

Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR