Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Zəlzələ qurbanlarının sayı artır- 6621 nəfər

Zəlzələ qurbanlarının sayı artır- 6621 nəfər


Nepal rəsmiləri keçən həftə baş vermiş zəlzələdən sonra daha çox sağ qalanların tapılacağını istisna edirlər. 



Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı artıq 6621 çatıb.



“Biz xilasetmə işlərində əlimizdən gələni edirik, lakin indi inanmıram ki, sağ qalan kimisə tapmaq mümkün olsun,” daxili işlər naziri Laxmi Prasad Dhakal AFP-yə deyib.



Nepal bildirir ki, keçən şənbə baş vermiş 7.9 bal gücündə zəlzələ nəticəsində 14021 insan xəsarət alıb.



Ucqar ərazilərdə minlərlə insanın taleyi naməlum olaraq qalır.



Yüksək ərazilərdə xilasetmə işləri davam etdikcə, ölü sayı arta bilər, xilasetmə işlərinin koordinatoru Hemanta Pal bildirib.



İtkilər əsasən Nepalda baş versə də, qonşu Hindistan, Tibet və Banqladeşdə təxminən 100 nəfərin öldüyü bildirilir.



Aİ-nın Nepaldakı səfiri Rensje Teerink cümə günü bildirib ki, 1000 nəfər Aİ vətəndaşının harda olması hələ də məlum deyil.



Nepal davamlı olaraq daha çox xarici dəstək və humanitar yardım üçün çağırışlar edərək, fəlakətə hazırlıqsız olduğunu etiraf edib.



Torpaq sürüşmələri və pis hava şəraiti təcrid olunmuş ərazilərə yardım daşınması işini də çətinləşdirib və xilasetmə işləri üçün yalnız 20 vertolyot var.



Ölkənin informasiya naziri Minendra Rijal Associated Press xəbər agentliyinə bildirib ki, Nepalın 400000 çadıra ehtiyacı var, lakin indiyə qədər yalnız 29000 çadır paylamaq mümkün olub.


Teqlər:
Bu xəbər cəmi 1075 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR