Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vəfa Quluzadə haqda vəfat - Statusları

Vəfa Quluzadə haqda vəfat - Statusları


Dünən axşam saatlarında Azərbaycanın sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə vəfat etdi. 



 



Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Quluzadənin ölümü ilə əlaqədar siyasilər, citimai xadimlər öz xatirələrini və hisslərini paylaşdılar. “Qafqazinfo” sosial şəbəkələrdə sabiq dövlət müşavirinin dünyasını dəyişməsi ilə bağlı verilən reaksiyaları təqdim edir: 



Yeni Azərbaycan Partiyası Siyasi Şura üzvü, deputat Aydın Mizəzadə: “Azərbaycanın tanınmış dövlət xadimi, ölkə politoloji məktəbinin ən görkəmli nümayəndəsi Vəfa müəllim Quluzadənin vəfat etməsinə çox pis oldum. Onunla Prezident Administrasiyasında çalışarkən tanış olmuşduq. Dəfələrlə maraqlı söhbətlərimiz olmuşdu. Dərin məntiqi, maraq doğuran siyasi nəticələri, vətənpərvərliyi onun əsas xarakteristikası idi. Cəsarətli və vətənpərvər çıxışları ilə istənilən auditoriyanı ələ ala bilirdi. Sonradan da dəfələrlə müxtəlif tədbirlərdə təmasımız olurdu. Çox sadə, intellektual bir insan idi, heç zaman öz fikrini kiməsə zorla qəbul etdirməzdi. Gənclərlə söhbətə maraqlı idi. Allah rəhmət eləsin, o daima yaddaşlarda yaşayacaq”. 



Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər: “Vəfa müəllim vəfat etdi. Azərbaycan diplomatiyasının önəmli bir səhifəsi qapandı...” 



AXCP sədri Əli Kərimli: “Vəfa Quluzadənin ölümü bütövlükdə millətimizin itkisidir. Allah ona rəhmət etsin. Vəfa müəllim ilə qonşu idik. Çox mehriban ünsiyyətcil insan idi. Tanışlığımız isə 1992-ci ildən başlanmışdı. Vəfa müəllim Əbülfəz Elçibəy hakimiyyəti zamanı da xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsində çalışırdı. O zamandan xoş, işgüzar münasibətimiz formalaşmışdı. Bizim hökumət devrildikdən sonra da Heydər Əliyev hökumətində 1999-cu ilə qədər həmin vəzifədə çalışdı. Amma YAP hakimiyyətində təmsil olunduğu 6 il ərzində nə daxili siyasət məsələlərinə qarışdı, nə həmkarları kimi korrupsiyaya bulaşdı, nə də xarici siyasət prinsiplərini dəyişdi. Hər zaman Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, Qarabağın işğaldan azad edilməsi uğrunda çalışdı. Vəfa müəllim ümumxalq məhəbbətini daha çox o zaman qazandı ki, Azərbaycan hakimiyyətinin Qarabağla bağlı ciddi güzəştə hazırlaşdığı ATƏT-in İstanbul sammiti (1999-cu il) ərəfəsində bu xəyanətdə iştirakdan imtina edərək dövlət müşaviri vəzifəsindən istefa verdi. İctimaiyyət hazırlıqlardan xəbər tutdu. Ardınca da baş verən sisilə hadisələr Qarabağın itirilməsinin hüquqi cəhətdən də təsbit edilməsi planlarını pozdu. Düz 16 il idi ki, dövlətimiz zəngin təcrübəyə, ensiklopedik biliyə malik, vətəninə, millətinə hədsiz bağlı olan bu insanın bilik və bacarığından istifadə etmədi. Vəfa müəllimin ölümü bütövlükdə millətimizin itkisidir. Vəfa müəllimə Allahdan rəhmət diləyirəm. Daha bir layiqli oğlunu itirdin, başın sağ olsun, Azərbaybaycan!”. 



"Palmali" Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu: "VƏFAsız dünya..."



Hüquqşünas Ələsgər Məmmədli: “Bəzən bir hərfin daşıdığı yük, minlərlə insanın daşıya bilməyəcəyi qədər ağır olur. Tək "t" hərfi dünən "Vəfa"nı "vəfat" ilə yan-yana qoydu. Azərbaycanın suverenliyini hər zaman uca tutan və buna ən ciddi təhdidin yüz illərdir Rusiyadan gəldiyi gerçəyini heç nəyə dəyişməyən Vəfa Quluzadə həyata gözlərini yumdu. Allah rəhmət eləsin!” 



“REAL” İdarə Heyətinin üzvü Natiq Cəfərli: “O, Rusiyanın dağılmasını görmədən getdi, Allah Vəfa Quluzadeəyə rəhmət eləsin, çox maraqlı insan idi”. 



Jurnalist Eldəniz Vəliyev: “Oğlunun vəfatından cəmi 50 gün keçmişdi, Vəfa Quluzadə ilə görüşdüm. Çox solğun görünürdü... Xeyli söhbətdən sonra soruşdum ki, Vəfa müəllim, səhərlər yenə də gəzirsizmi? Cavabı, həmişə həyat eşqi ilə dolu olan adamın xarakterinə heç adekvat deyildi. Dedi ki, "Ay Eldəniz, artıq heç bir şeyin mənası qalmadı..." BÖYÜK izi qalan ADAM...” 


Teqlər:
Bu xəbər cəmi 1280 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR