Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Düşmən mövqelərimizə hücum cəhdləri göstərdi” – İlham Əliyev

“Düşmən mövqelərimizə hücum cəhdləri göstərdi” – İlham Əliyev


Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlər zamanı Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün planlaşdırılmadığını deyib. 



Qafqazinfo” Trend-ə istinadən bildirir ki, müsahibəsində İlham Əliyev deyib: "Bu dövr üçün təmaslarımız planlaşdırılmayıb. Ötən il Soçidə Rusiya Prezidentinin təşəbbüsü ilə görüşlərimiz olub, sonra payızda ABŞ dövlət katibi Con Kerri, ardından Fransa Prezidenti Fransua Ollandın təşkil etdiyi görüşlərdə bizə elə gəlirdi ki, irəliyə doğru hərəkət edə bilərik, lakin təmas xəttində gərginliyin azaldılması ilə bağlı razılıq əldə etdiyimiz Paris görüşündən 2 həftədən də az bir müddət sonra Ermənistan onların hesablamalarına görə 47 min hərbçinin iştirakı ilə işğal edilmiş Ağdam rayonunda genişmiqyaslı təlimlər təşkil etdi".



Dövlət başçısı qeyd edib ki, buna lüzum yox idi, bu, danışıqlar prosesinin pozulmasına yönəldilmiş aşkar təxribat idi. "Biz bir neçə gün təmkinlik göstərdik və buna reaksiya verməmək əmri verilmişdi, çünki hesab edirdik ki, gərginliyi azaltmaq lazımdır, lakin düşmən Mi-24 hərbi helikopterləri ilə mövqelərimizə hücum etmək cəhdləri göstərdi və tərəfimizdən görülən cavab tədbirləri nəticəsində helikopterlərdən biri məhv edildi.



Və bu, erməni tərəfinə Azərbaycanı təxribatlarda ittiham etməyə imkan verdi və bununla da bu hadisənin baş verdiyi noyabrdan etibarən bu günədək heç bir təmasımız yoxdur. Axı təlimləri Ermənistan ərazisində deyil, Ağdam rayonunda keçirən biz deyildik. Buna görə də bu, bizi bir daha əmin edir ki, Ermənistan tərəfinin bütün cəhdləri status-kvonun dəyişməməsinə istiqamətlənib. Hərçənd Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Deməli, bu nə deməkdir? Deməli, işğalın dayandırılması prosesi başlanılmalıdır. Lakin Ermənistan tərəfi bununla razılaşmaq istəmir və buna görə də hər yolla danışıqlar prosesinə mane olur. Yəni, ötən ilin noyabrından və artıq aprelin sonudur, aramızda heç bir təmas yoxdur. Və nə vaxt olacağı barədə heç nə deyə bilmərik".


Teqlər:
Bu xəbər cəmi 615 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR