Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu avtomobil su qiymətinə satılır – Hərrac

Bu avtomobil su qiymətinə satılır – Hərrac
“Baki Metropoliteni” QSC-nin balansında olan nəqliyyat vasitələrini alınmadığı üçün 4-cü dəfə hərraca çıxarıb. Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu ay hərraca çıxarılacaq nəqliyyat vasitələrinin adlarını açıqlayıb. Hərracda artıq dördüncü dəfə satışa çıxarılan adıçəkilən QSC-nin müxtəlif avtomobilləri də var. Hərraca çıxarılan - QAZ-31105-120, Mercedes Benz S 350, QAZ-3110-101, Mercedes Benz E 320, QAZ-3110-121, QAZ-3110-121, QAZ-31105-120, QAZ-31105-120, QAZ-3110-101, QAZ-3102, QAZ-3102 avtomobilləridir. Bu avtomobillər dövlət nömrə nişanı ilə birgə satışa çıxarılıb. Ən ucuz qiymətə təqdim edilən isə 1998-ci ilin 10 JM 344 dövlət nömrə nişanlı QAZ-3102 markalı avtomobilidir ki, onun da qiyməti 711 manatdır. Ən yüksək qiymətə təqdim edilən avtomobil isə 2006-cı ilin istehsalı olan 10 PN 936 dövlət nömrə nişanlı Mersedes Benz S 350-dir. Bunun ilkin satış qiyməti 15 min 488 manatdır. “Baki Metpropoliteni” QSC–nin balansında olan və hərraca çıxarılan sadaladığımız avtomobillər 4-cü dəfə 25 % endirimlə təkrar hərraca çıxarılır. Xatırladaq ki, hərrac may ayının 26-sı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək.

Teqlər:
Bu xəbər cəmi 1160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR