Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Barselonada partlayış, göy üzü zəhərli qazla örtüldü - Fotolar

Barselonada partlayış, göy üzü zəhərli qazla örtüldü - Fotolar


Barselonada kimyəvi zavodda olan partlayış nəticəsində səma narıncı rəngdə zəhərli dumanla örtülüb. 



Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Simar adlı zavodda yerli saatla 09:00 radələrində baş verən partlayışda 3 nəfər yaralanıb və əhaliyə açıq havaya çıxmamaq tapşırığı verilib. Hökumət rəsmiləri hadisəyə səbəb kimi 2 kimyəvi qazın reaksiyaya girməsini göstərir. Simar zavodundan isə hələlik bir açıqlama verilməyib. 



Ətrafdakı 6 qəsəbəyə yayılan zəhərli qaz buludu 65 min nəfərə təsir edib. Daxili İşlər Nazirliyi açıqlamasında havanın küləksiz olduğu üçün zəhərli qaz buludlarının dağıla bilmədiyini deyib: “Təəssüf ki, bölgədə külək yoxdur, ona görə zəhərli qaz buludlarının dağılması bir az zaman alacaq”.





Teqlər:
Bu xəbər cəmi 755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR