Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Yeni tikili binalarda evlərin qiyməti enəcək”

“Yeni tikili binalarda evlərin qiyməti enəcək”

Ramil Osmanlı: “Paytaxtda mənzillərin qiymətini süni yolla tikinti şirkətləri qaldırır”


 


“Paytaxtın mənzil bazarında durğunluq hökm sürür. Hazırda bazara çıxarılan mənzillərin əksəriyyəti öz alıcısını tapmır”.


 


Bu sözləri Editor.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı söyləyib.


 


Onun sözlərinə görə, mənzillərin qiyməti dollara nisbətən azalsa da, manata nisbətən artıb:


 


“Heç şübhəsiz manatın kursunun düşməsi, dolların kursunun isə qalxması əmlak bazarına da təsirsiz ötüşməyib. Bu səbəbdən manata nisbətdə mənzillərin qiymətində müəyyən artım var. Lakin ümumi götürdükdə əmlak bazarında vəziyyət stabildir. Ötən ilin iyul-avqust ayı ilə müqayisədə müəyyən qiymət enməsi nəzərə çarpır”.


 


“Qiymətlər bazarın tələbinə uyğun şəkildə yox, “tikinti bossları” tərəfindən süni yolla qaldırılır” deyən ekspert bildirdi ki, bununla bağlı hər hansı marketinq araşdırması aparılmır:


 


“Tikinti şirkətlərinin rəhbərləri istədiyi qiymətə ev satırlar. Bazarı araşdırmadan, real təhlil aparmadan baha qiymətə mənzillər təklif edirlər. Satışı hissə-hissə ödəmək şərtilə apardıqlarına görə, müştəri cəlb edə bilirlər. Maraqlı olan budur ki, devalvasiyadan sonra yeni tikililərin bəzilərində qiymət artımı olsa da, bəzilərində azalma olub. Banklarla işləyən tikinti şirkətlərinin qiymətlərində azalmalar müşahidə edilir. Yaxın zaman ərzində digər şirkətlər də qiymətləri ucuzlaşdırmağa məcbur qalacaqlar”.

Teqlər:
Bu xəbər cəmi 1680 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR