Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Metroda reklam necə qoyulacaq?

Metroda reklam necə qoyulacaq?


Bakı Metropolitenində reklam lövhələrinin qiymətləri onun yerləşdiyi yerə görə müəyyənləşəcək. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib. 



Onun sözlərinə görə, yenidən bərpa ediləcək  reklam  lövhələri  hər stansiyada platforma və yol divarında, keçiddə, eskalatorun yanındakı divarlarda quraşdırılacaq: “Bu yerlərin hər birinin öz qiyməti var. Yerləşmə mövqeyinə, sərnişin sıxlığı çox olan stansiyaya və ölçülərə görə qiymətlər də dəyişir. Məsələn, 1x1.5 m ölçülü reklamlar sərnişin sıx olan stansiyada bir ay üçün yol divarında 150 manat, eskalatorun yanında keçiddə isə 135 manatdır. Reklam məsələsində əsas məqam vasitəçilərin olmaması ilə bağlıdır. Reklam verən şirkət, qurum birbaşa Metropolitenlə müqavilə imzalayır”.



Reklamların yenidən bərpa edilməsinin zəruriliyinə gəlincə isə, N. Paşayev qeyd edib ki, reklamlar demək olar ki, dünyanın bütün ölkələrində var: “Biz metroda reklamları ləğv edərkən bildirmişdik ki, həmin reklamlara quraşdırıldığı gündən heç bir xidmət, qulluq göstərilməmişdi. Eyni zamanda pərakəndəlik var idi və lövhələr insanları rahatsız edən yerlərdə və formada idi. Biz isə bu prosesi yeni və fərqli formada həyata keçirəcəyik. İndi yerləşdiriləcək reklamlar daha müasirdir, led işıqlıdır. Hətta gələcəkdə müasir texnologiyalara əsaslanan elektron avadanlıqlardan da istifadə etməyi düşünürük”.


Teqlər:
Bu xəbər cəmi 1090 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR