Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Stolüstü tennis üzrə məktəblilərarası zona yarışı başladı

Stolüstü tennis üzrə məktəblilərarası zona yarışı başladı


Bakıda stolüstü tennis üzrə məktəblilərarası zona yarışının açılış mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri iştirak edib. 



"Qafqazinfo" xəbər verir ki, mərasimdə Təhsil nazirinin müavini Firudin Qurbanov zona yarışları barədə məlumat verib. F.Qurbanov bildirib ki, Təhsil Nazirliyi I Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaq məqsədilə ölkəmizin bütün bölgələrini əhatə edən zona yarışları keçirir. “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə təşkil olunan yarışlar mayın sonunadək davam edəcək və bu yarışlarda 6 min nəfərdən çox şagirdin iştirakı gözlənilir. Aprelin 21-də start verilən zona yarışları çərçivəsində indiyədək 10-dan çox bölgədə belə kütləvi idman tədbirinin keçirildiyini xatırladan nazir müavini məktəblilərin fəallığını yüksək qiymətləndirib. 



Nazir müavini qeyd edib ki, məktəblilər arasında bütün ölkəni əhatə edən belə kütləvi idman tədbiri ilk dəfədir keçirilir. Yarışlar şagirdləri idmana həvəsləndirməklə yanaşı, qonşu rayonların, şəhərlərin məktəbliləri arasında əlaqələrin genişlənməsinə şərait yaradır, onları öz aralarında tez-tez idman turnirləri keçirməyə stimullaşdırır. 



Rəsmi mərasimdən sonra yarışa start verilib. Zona yarışında 12 komanda iştirak edir. Komandaların tərkibi 2001-ci il təvəllüdlü və daha kiçik 4 oğlan və 4 qızdan ibarətdir. Beynəlxalq Stolüstü Tennis Federasiyasının qaydalarına uyğun olaraq keçirilən yarışda 100-ə yaxın tennisçi mübarizə aparır.



Bakı şəhərində start verilən zona yarışları mayın 1-dən 3-dək Salyanda, 5-dən 7-dək Gəncədə, 13-dən 15-dək Şirvanda, 17-dən 19-dək Sumqayıtda, 21-dən 23-dək Şəkidə davam etdiriləcək.   



Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.



Zona yarışlarının media dəstəkçisi www.qafqazinfo.az internet qəzetidir. 


Teqlər:
Bu xəbər cəmi 1535 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR