Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qənirə Paşayeva ön cəbhədə tonqal qaladı

Qənirə Paşayeva ön cəbhədə tonqal qaladı
Millət vəkili Qənirə Paşayeva Novruz bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə və zabitlərlə görüş keçirib.


Əsgərlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva əsgərləri və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz Bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib.



Millət vəkili Qənirə Paşayeva deyib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq. İnşallah gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada, Xankəndində, Xocalıda və işğal altında olan digər o gözəl bölgələrimizdə qeyd edək. Öz evlərindən zorla qovulmuş məcburi köçkün bacı və qardaşlarımız öz evlərində bayram süfrələrini qura bilsinlər. Bax bu bayram tonqallarını Cıdır düzündə yandıraq”.



Tədbirdə Qarabağ müharibəsi veteranları, Tovuz rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi və onlar da çıxış edərək bütün əsgər və zabit heyətini Novruz Bayramı münasibətilə təbrik etdilər.



Daha sonra millət vəkili Qənirə Paşayeva fərqlənən əsgər və zabitlərə bayram hədiyyələri təqdim ediblər.



Sonda hərbi hissənin rəhbərliyi çıxış edib, qonaqlara təşəkkür edərək, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.



Tədbirdə millət vəkili Qənirə Paşayeva hərbi hissənin komandiri tərəfindən hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsində fəaliyyətinə, diqqətinə və qayğıkeşliyinə görə fərxi fərmanla təltif edildi. Bundan başqa hərbi xidmətində fərqlənən bir sıra hərbçilərin təltif olunması ilə bağlı fəxri fərmanlar təqdim olunub.



Millət vəkili Qənirə Paşayeva və digər qonaqlar əsgər və zabitlər ilə birlikdə nahar ediblər.



Sonra tədbir bədii hissə və konsert proqramı ilə davam edib.


Teqlər:
Bu xəbər cəmi 1425 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR