014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb.
Bunu Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov modern.az saytının sorğusuna cavab olaraq bildirib.
Bu rəqəm ötən illə müqayisədə 672 abort halının azaldığını göstərir.
Komitə rəsmisi bildirib ki, 2014-cü ildə ən az abort etdirənlər 15-17 yaşlılar olub:
“15-19 yaşlılar arasında cəmi 1161 abort baş verib ki, onlardan 88-i 15-17 yaşlılar, 1073-ü isə 18-19 yaşlılar qrupunda qeydə alınıb. 20-24 yaşlı xanımlar arasında belə statistik rəqəmlər 5 738, 25-29 yaşlılarda 8365, 30-34 yaşlılarda 7756, 35 və yuxarı yaşlılarda isə 4200 olub”.
Doğuşların sayına gəlincə, komitə rəsmisi deyib ki, cəmi 168 889 doğuş qeydə alınıb, bunlardan 30 561-i qeysəriyyə əməliyyatı ilə baş tutub.
Şöbə müdiri həmçinin bildirib ki, 2013-cü ildə cəmi abortların sayı 27 min 892 olub:
“15-19 yaşlılar arasında 1147 abort baş verib. 20-24 yaşlılar arasında 5710, 25-29 yaşlılar arasında 8958, 30-34 yaşlılar arasında 7849, 35 və yuxarı yaşda olanlar arasında isə 4228 abort qeydə alınıb.
2013-cü ildə doğuşların sayı - cəmi 171 508 olub ki, bunlardan qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuşlar 28 954 təşkil edib.