“Azərsun Holdinq”çayçılığın inkişaf etdirilməsi üçün müxtəlif layihələr reallaşdırmağa davam edir. Plantasiyaların sayını artırıraraq ərazilərini genişləndirən şirkət milli markalarımızın bütün dünyada tanınmasını qarşısında dayanan prioritet məsələlərdən hesab edir.
Bundan əlavə, “Azərsun Holdinq” ölkəmizdə çayçılığın inkişafı və yerli fermerlər arasında çayçılığı təşviq etmək üçün onları maddi və texniki vəsaitlərlə təmin edir. “Azərsun Holdinq”in prezidentinin müşaviri Sədaqət Yusifovun sözlərinə görə, Masallıda dəniz səviyyəsindən 700-800 metr yüksəkdə salınan bu plantasiyada yetişdirilən bu çay bir neçə ildən sonra yüksək keyfiyyəti ilə bütün dünyada fərqlənə bilər.
Daha sonra “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Biznesin İnkişafına Dəstək Departamentinin müdiri Afiq Səfərov artıq “Azərçay” markasının ölkəmizin hüdudlarından kənarda da çox yüksək qiymətləndirildiyini və böyük rəğbətlə qarşılandığını söyləyib.