Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Qarabağ müharibəsi veteranlarının müavinətləri ilə bağlı məsələ qaldırıb.
“Yenimeydan.info” xəbər verir ki, millət vəkili bir qrup Qarabağ müharibəsi veteranının ona müraciət etdiyini, parlamentdən və hökumətdən dəstək gözlədiklərini qeyd edib. Millət vəkili bilidirib ki, veteranların hər ay aldıqları 45 manat müavinətin pensiyaya çıxdıqları zaman azalaraq 10 manata düşüb. Müharibə veteranları bildirib ki, əmək pensiyaları haqqında qanuna əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin 19-cu maddəsində 10% məbləğində imtiyaz nəzərdə tutulur ki, bu da 10 manat edir. Onlar da bu məsələdən çıxış yolunu əmək pensiyası haqqında qanunda verilən imtiyazı artırmaqda, yəni 45 manatı ala bilmək üçün 45% artımda görürlər.
Qənirə Paşayeva bildirib ki, Qarabağ müharibəsi veteranları pensiya yaşına çıxdıqları zaman sağlamlıqlarında, səhhətlərində problemlərin artdığını və daha çox vəsaitə ehtiyacları olduqlarını bildirərək Parlamenti və hökuməti bu məsələni həll etməyə çağırırlar.