Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avropa Oyunları ilə bağlı bu qanuna dəyişiklik edildi

Avropa Oyunları ilə bağlı bu qanuna dəyişiklik edildi


"Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edilir. “Qafqazinfo” xəbər verir ki,qanunun 40.5-ci maddə ləğv edilir və aşağıdakı məzmunda 40-1-ci maddə əlavə edilir. 



"Maddə 40-1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, 



ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi



40-1.1. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyə yollarında zorakılığın qarşısının alınması, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyi və ictimai asayiş bu Qanuna və "Polis haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təmin edilir. 



40-1.2. Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin olunması və ictimai asayişin mühafizəsi məqsədi ilə aşağıdakı şəxslərin və əşyaların buraxılmasına yol verilmir:



40-1.2.1. idman obyektlərinin ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər;



40-1.2.2. sifətini maska ilə gizlədən şəxslər;



40-1.2.3. şəxsi baxışdan və ya  üzərindəki əşyaların yoxlanılmasından  imtina edən şəxslər;



40-1.2.4. bütün növ alkoqollu içkilər; narkotik vasitələr, psixotrop maddələr, onların analoqları, toksik təsir göstərən maddələr; soyuq, odlu, qaz və digər tipli silahlar, silahların ayrı-ayrı hissələri, partlayıcı maddələr və döyüş sursatları, habelə soyuq, odlu, qaz və digər silahlara, partlayıcı maddələrə və döyüş sursatlarına oxşar vasitələr; pirotexniki vasitələr; insanların həyatına və sağlamlığına təhlükə törədə, fiziki və hüquqi şəxslərə maddi ziyan vura, kütləvi idman tədbirlərinin keçirilməsinə maneələr yarada bilən xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış vasitələr;



40-1.2.5. məzmunu ictimai qaydanı, vətəndaşların hüquq və qanuni maraqlarını pozmağa yönəlmiş, eləcə də zorakılığın, irqi, milli və dini ayrı-seçkiliyin, müharibənin təbliği ilə bağlı bayraqlar, emblemlər, simvollar, plakatlar, transparantlar və başqa vasitələr;



40-1.2.6. sərxoşluq vəziyyətində olan, habelə narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər;



40-1.2.7. kütləvi idman tədbirlərinin keçirilməsi qaydalarının pozulmasına yönəlmiş hərəkətlərə yol verən, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsinə maneçilik törədən, digər şəxsləri bu cür hərəkətlərə təhrik edən şəxslər, qrup şəklində ifrat azarkeşlik edən şəxslər.



40-1.3. Vətəndaşların şəxsi baxışını və onların üzərindəki əşyaların yoxlanılmasını ictimai asayişi təmin edən şəxslər xüsusi texniki vasitələrlə həyata keçirirlər. Şəxsi baxış yalnız həmin şəxslə eyni cinsdən olan şəxslər tərəfindən həyata keçirilir.



40-1.4. Kütləvi idman tədbirləri həyata keçirilən zaman idman obyektlərinin ərazilərində və tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə aşağıdakılar qadağandır:



40-1.4.1. açıq odlu mənbələrdən istifadə etmək, siqaret çəkmək, alkoqollu içkilər qəbul etmək, narkotik vasitələrdən, psixotrop maddələrdən, onların analoqlarından, habelə toksik təsir edən maddələrdən istifadə etmək;



40-1.4.2. sifəti maska altında gizlətmək;



40-1.4.3. plakatlardan və digər vasitələrdən istifadə etməklə, eləcə də çıxışları və fəaliyyətləri ilə zorakılığı, dini, milli, irqi ayrı-seçkiliyi və müharibəni təbliğ etmək;



40-1.4.4. kütləvi idman tədbirlərinin keçirilməsi zamanı xidməti vəzifələrini yerinə yetirən şəxslərə, tədbir iştirakçılarına və tamaşaçılara hər hansı formada mane olmaq, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin həyata keçirilməsinə imkan verməmək;



40-1.4.5. kütləvi idman tədbirlərinin təşkili və keçirilməsi qaydalarını başqa fəaliyyətlərlə pozmaq, bu işə digər şəxsləri cəlb etmək.



40-1.5. Bu Qanunun 40-1.3-cü və 40-1.4-cü maddələrinin tələblərini pozan şəxslər idman obyektlərinin ərazilərindən, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdən giriş biletlərinin dəyəri ödənilmədən kənarlaşdırılır, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur.".



3. 52.10-cu maddədə "giriş tariflərini" sözlərindən sonra "idman tədbirinin təşkilatçıları ilə birlikdə" sözləri əlavə edilsin və maddəyə aşağıdakı məzmunda yeni cümlə əlavə edilsin:



"Olimpiya, paraolimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir. İdman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.".



Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Teqlər:
Bu xəbər cəmi 1060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR