Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nəqliyyat Nazirliyi Avropa Oyunları ilə bağlı nə dəyişikliklər edib?

Nəqliyyat Nazirliyi Avropa Oyunları ilə bağlı nə dəyişikliklər edib?


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarının idman arenalarına gedən yolların və yol qurğularının tikintisini başa çatdırır. 



Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat- yol kompleksi üzrə məsələlərin həlli üçün Nəqliyyat Nazirliyinin 8 iyul 2013-cü il tarixli, 112/ü nömrəli əmri ilə “Tədbirlər Planı” təsdiq edilib.



“Tədbirlər Planı”nın avtomobil yolları ilə əlaqədar hissəsindəki işlərin icrası artıq başa çatmaq üzrədir. Uzunluğu 10 km olan Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi işləri başa çatdırılaraq, 2014-cü ilin dekabr ayının 23-də  prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.



Bakı Olimpiya Stadionuna gedən yolun və yol qovşaqlarının tikintisi (17 km), Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi (stadiondan 3 km-lik hissəsi), Su İdmanı Sarayı ərazisindəki yolların tikintisi (5,4 km), Respublika Stend Atıcılığı İdmanı Kompleksi və Dağ Məkanı üçün Veloparka gedən yolun tikintisi işləri (2,0 km) artıq başa çatdırılıb.



Stend Atıcılığı İdmanı Kompleksindən, eləcə  də Beynəlxalq Avtovağzal ərazisindən Dairəvi Yola çıxış üçün uzunluğu 1 km olan estakada (450 m, 2 hərəkət zolaqlı) və yolun tikintisi işlərinin may ayının 10-da başa çatdırılması nəzərdə tutulur.



Bakı Dairəvi yolunun 14 km–lik şəhərdən çıxan hissəsinin təmiri başa çatdırılıb. Əks istiqamətdə isə işlər may ayının 4-dək başa çatdırılacaq.



Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də may ayının əvvələrində başa çatdırılacaq.



Fəxri qonaqların, idmançıların və tamaşaçıların qarşılanması üçün ən çox istifadə ediləcək Heydər Əliyev prospektinin əsas yol hissəsinin təmiri başa çatdırılıb. Yan yolların təmiri işləri isə may ayının 10-dək başa çatdırılacaq.



Avropa oyunlarının “Məşəl Proqramı”na uyğun olaraq, Suraxanı rayonundakı Atəşgah məbədinə gedən Səttar Bəhlulzadə küçəsinin 9 km-lik hissəsinin təmiri başa çatıb.



I Avropa Oyunlarının Təşkilat Komitəsinin (BEGOC) yüklərinin saxlanacağı Suraxanı rayonu ərazisindəki anbara gedən uzunluğu 4,1 km olan 2 hərəkət zolaqlı yolun tikintisi də başa çatmaq üzrədir.



“Məşəl Proqramı” çərçivəsində bütün Azərbaycanı gəzdiriləcək və Atəşgah Məbədindən götürüləcək “Azərbaycanın Odu”nun hərəkət marşrutu üzrə də təmir işləri davam etdirilir. Xüsusilə Ağdam rayonu ərazisində 6 km, Xocavənd rayonu ərazisində 4 km, Şamaxı rayonu ərazisində 4 km və s . işlər də başa çatdırılmaq üzrədir.



Əsas Yol şəbəkəsində yol nişanlarının, göstərici lövhələrin



quraşdırılması və xəttləmə işləri



İdmançıların, yüksək səviyyəli qonaqların, texniki heyətin, media nümayəndələrin və s. qonaqların hərəkət edəcəyi yol şəbəkəsi boyu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin gücü ilə bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.



Xüsusi ilə qeyd edək ki, əsas yol şəbəkəsində eni 3,75 metr olan “Oyunlar zolağı” ayrıca işarələnəcək, hərəkət zolağının kənarlarında 25 sm enində sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək.



Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.


Teqlər:
Bu xəbər cəmi 990 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR