Tezliklə “Elektron hökumət” portalının təqdim edəcəyi “Elektron CV xidməti” sayəsində bu problem əsaslı şəkildə həll olunacaq.
Fins.az İCTnews-ə istinadən xəbər verir ki, bu CV-ləri hər kəs portalda aidiyyatı elektron xidmətə daxil olmaqla işləmək arzusunda olduğu istənilən müəssisəyə elektron şəkildə təqdim edə biləcək. Bu CV-lər işə qəbul olmaq istəyənlərlə yanaşı işəgötürənin də işini xeyli asanlaşdıracaq.
Bir necə dövlət qurumunun İnformasiya Sistemindən istifadə edilərək yaradılacaq elektron CV-lər obyektiv, dəqiq, ətraflı olmaqla bərabər, işəgötürənin qiymətləndirmədə yanılma riskini də minimuma endirəcək.
Elektron CV-də şəxs haqqında aşağıdakı məlumatlar öz əksini tapacaq:
Daxili İşlər Nazirliyinin İnformasiya Sisteminə əsasən;
1. Vətəndaşın soyadı, adı və ata adı
2. Fotoşəkli
3. İmzasının fotosurəti
4. Şəxsiyyət vəsiqəsinin seriya, N-si, FİN-i
5. Doğulduğu yer
6. Hazırda qeydiyyatda olduğu yer
Tələbə Qəbulu Dövlət Komisiyasının İnformasiya Sisteminə əsasən;
1. Vətəndaşın soyadı, adı və ata adı
2. Vətəndaşın doğum tarixi və qəbul olduğu tədris ili
3. Qəbul üçün əsas
4. Təhsil müəssisəsinin adı
5. Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması barədə məlumat
6. Təhsil səviyyəsi
7. İxtisasın şifri, adı və təhsilalma forması
8. Təhsil üzrə cari vəziyyət
9. Diplomum seriya, nömrəsi və qeydiyyat nömrəsi
10. Diplomun verilməsi haqqında əmrin tarixi
11. Diplomun növü
Əgər şəxs əvvəllər işləyibsə, ƏƏSMN-nin və DFSMF-nin İnformasiya Sistemlərinə əsasən;
1. İş yeri,
2. Vəzifəsi,
3. Son illər və aylar üzrə əmək haqları barədə məlumat və s.
Qeyd edirik ki, bu elektron xidmət nəticəsində həm də saxta diplomlardan istifadə halları birmənalı olaraq aradan qalxmış olacaq.