Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vaqif Əsədov: “Mədəni səviyyənin aşağı olması və sürət həddinin aşılması baş verən qəzaların əsas səbəblərindəndir”

Vaqif Əsədov: “Mədəni səviyyənin aşağı olması və sürət həddinin aşılması baş verən qəzaların əsas səbəblərindəndir”


Ölkədə maşınların sayı artdıqca qəza halları da artır. Amma ən acınacaqlısı odur ki, baş verən qəzaların 41%-i ölümlə nəticələnir. Bu da çox ciddi rəqəmdir. Digər qonşu ölkələrdə qəza halları çox olsa da, ölümlə nəticələnən qəzalar bizə nisbətdə yarıbayarı azdır.



 



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Deyerler.org-a fikirlərini bölüşərkən deyib: “Ölkədə baş verən qəzaların əsas səbəbləri kimi mədəniyyət səviyyəsinin aşağı olması, sürət həddinin aşılmasını qeyd etmək olar. Eyni zamanda təyin olunmayan yerlərdən keçən piyadaların vurulması kifayət qədər artıb. Ölümlə nəticələnən yol qəza hadisələrinin əsas səbəbi kimi təhlükəsizlik kəmərlərindən istifadə edilməməsini göstərmək olar. Sürücülərin bu laqeydliyi onların canları bahasına başa gəlir.



 



Amma, onu da qeyd etmək olar ki, günü-gündən bu sahədə müəyyən irəliləyişlər əldə olunur. Vaxt var idi ki, təhlükəsizlik kəmərlərindən ümumiyyətlə istifadə olunmurdu. Amma bu gün sürücülərin 45%-i təhlükəsizlik kəmərlərindən istifadə edir. Sürücülər əksər vaxtlarda qoşa xətti kəsib pərakəndə halda digər yola keçirdilər. İndi isə çox az adam bu cür kobud qayda pozuntusu edir. Sükan arxasında mobil telefonla danışmaq adi hala çevrilmişdi. İndi isə bu kimi hallar çox az-az müşhidə edilir. Ümumiyyətlə onu qeyd etmək lazımdır ki, sürücülərin adət etdiyi təhlükəli vərdişlər tədricən aradan qaldırlır. Bu da öz növbəsində qəza hallarının sayının azalmasına şərait yardır”.


Teqlər:
Bu xəbər cəmi 1060 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR