Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İki dövlət qurumunun ləğvi ilə bağlı aparılan təhvil-təslim işləri yubanır

İki dövlət qurumunun ləğvi ilə bağlı aparılan təhvil-təslim işləri yubanır


 Bu ilin əvvəlində ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçirilməsi ilə bağlı aparılan təhvil-təslim prosesi hələ başa çatmayıb. Bunu "Report"a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.



"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də "Report"a açıqlamasında deyib ki, "Azərişıq" ASC-nin formalaşması prosesi çərçivəsində "Azerenerji"nin satış funksiyasının qəbulu ilə bağlı təhvil-təslim işləri hələ tam bitməyib: "Proses hələ yekunlaşmayıb. Biz nizamnaməmizin təsdiq edilməsini gözləyirik. Yəqin ki, tezliklə mətbuatda özünüz də bunu görəcəksiniz. Güman edirəm ki, növbəti həftə bütün işlər yekunlaşacaq".



Buna baxmayaraq T.Mustafayev artıq regionlarda müəyyən işlərin aparıldığı qeyd edib: "Təhvil-təslimin bitməsini gözləmədən artıq bəzi işləri görməyə başlamışıq. Regionlarda köhnə xətlər, uzun müddət istismar edilən ağac dayaqlar yeniləri ilə əvəz edilir".



Abunəçilərə sayğacların quraşdırılması prosesinin dayandırılması ilə bağlı məsələlərə aydınlıq gətirən "Azərişıq" sözçüsü bu məsələlərin də tezliklə həllini tapacağını deyib: "Bu proses bir mərkəzdən idarə olunacaq. Abunəçilər daha rahat və keyfiyyətli xidmət əldə edəcəklər".



Xatırladaq ki, bu ilin fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, ləğv edilən qurumun funksiyaları iki ay ərzində Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməlidir. Təhvil-təslim prosesi isə aprelin 6-da başa çatmalı idi.



Dövlət başçısının 9 fevral 2015-ci il tarixli sərəncamı ilə isə "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradılıb və "Azərenerji" ASC-nın enerji satışı funksiyası yeni quruma həvalə edilib. Sərəncama görə, iki ay davam etməli olan təhvil-təslim prosesi aprel ayının 10-da yekunlaşmalı idi.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR