AŞPA sessiyasında “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyəti üzvləri çıxışlar edərək Azərbaycan və Türkiyə əleyhinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlar ediblər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Ermənistan heyətinə sərt cavab verərək işğalçı, Xocalı Soyqırımını törədən bir ölkənin təmsilçisi olaraq sizin bu Assambleyada çıxış etmək haqqınız yoxdur deyib:
“Təəssüf edirəm ki, Ermənistan nümayəndə heyətinin üzvləri bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr edərək yanlış, qərəz dolu məlumat və fikirlər səsləndirdilər. Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin Ermənistanın təmsilçilərinin bu Assambleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur. 1 milyon azərbaycanlını öz evindən qaçqın və məcbiri köçkün salan və bu gün də onların öz evlərinə dönməsinə imkan verməyən bir ölkənin millət vəkillərinin Avropa Şurası Assambleyasında insan haqlarından danışmaq haqqı yoxdur. İşğalçı bir ölkənin, 1 milyon insanın bütün insan haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən bir ölkənin, Ermənistanın insan haqlarından dəm vurub kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür. Yaxşı olardı ki, o, yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə, öz ölkələrində vəziyyətindən danışaydılar. Onların Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təəssüf edirik ki, onlar bu kimi addımlara son qoymurlar. Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistan heyəti siz nədən yüz il əvvəl olan hadisələri heç bir rəsmi subutlar olmadan soyqırım kimi təqdim edirsiniz amma öz ölkənizin törətdiyi soyqırıma görə ailələrini itirmiş Xocalılardan bir dəfə də olsun üzr istəməyibsiniz? Ölkəniz Ermənistan nədən bu dəhşətli soyqırımı törədənləri Ermənistanda gizlədir və onların ədalət qarşısında cavab verməsinə imkan vermirsiniz? Nədən əhalisinin əksəriyyətini məhv etdiyiniz Xocalıdan qaçaraq canını qurtara bilmiş çox az sayda Xocalı sakininin 23 ildir öz evlərinə dönməsinə imkan vermirsiniz? Ermənistan heyətindən bu suallara cavab vermələrini gözləyirik”.
Millət vəkilindən sonra çıxış edən Ermənistan nümayəndə heyəti təmsilçisi suallara heç bir arqumentlə cavab verə bilməyib.