Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xәbәr agentliklәri ilə bağlı konfrans

Xәbәr agentliklәri ilə bağlı konfrans


Bolqarıstanın paytaxtı Sofiya şәhәrindә Avropa Xәbәr Agentliklәri Alyansının (EANA) vә Bolqarıstanın BTA xәbәr agentliyinin tәşkilatçılığı ilә keçirilən "Xәbәr agentliklәri vә rәqәmsal tәrәfdaşlıqlar üçün strategiyalar, müxtәliflik, texnologiya, marketinq" mövzusunda konfrans işini davam etdirib. 



"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, konfransda İspaniyanın EFE agentliyinin multimedia mәhsulları departamentinin rәhbәri Xorxe Lopez xәbәr agentliklәrinin yeni sәrhәdlәrindәn danışaraq auditoriya cәlb etmәk üçün yeni vasitәlәri diqqәtә çatdırıb. O qeyd edib ki, çap mediasının getdikcә zәiflәdiyi bir vaxtda xәbәr agentliklәri tәşkilatlar, şirkәtlәr qismindә müştәri axtarışını davam etdirmәlidir. Rumıniyanın AGEPRESS agentliyinin baş direktoru Aleksandru Giboi sosial mediadan marketinq mәqsәdlәri üçün istifadә etmәk mәsәlәlәrinә diqqәt çәkib. Onun fikrincә, trafikin cәlb edilmәsindә artıq sosial şәbәkәlәrin rolu getdikcә artmaqdadır. 



AZӘRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, sosial media dünyanın hәr yerindә olduğu kimi, Azәrbaycanda da böyük sürәtlә inkişaf edir vә informasiya agentliklәrinin qarşısında bu çağırışlara tutarlı cavab tapmaq mәsәlәsi dayanır. "Xәbәr agentliklәri sosial mediadan hәm xәbәr yaymaq vә veb-resurslarına oxucu cәlb etmәk, hәm dә sosial mediadakı mәlumatlardan xәbәr mәnbәyi kimi istifadә etmәyә çalışır. İkinci mәsәlә ilә bağlı qeyd etmәk lazımdır ki, bu, xәbәr agentliklәri qarşısında bir sıra risklәr yaradır. Bu sırada xәbәrin dәqiqliyi vә mәsuliyyәt әsas yerdә dayanır", - deyә o, bildirib. Baş direktor EANA üzvlәrinә bu ilin iyunun 12-28-də Bakıda keçirilәcәk birinci Avropa Oyunları haqqında mәlumat verib. 


Teqlər:
Bu xəbər cəmi 1040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR