Rusiya prezidenti Vladimir Putin “Genosidsiz dünya” tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, dövlət başçısı bəyan edib ki, insanların milli əlamətlərə görə kütləvi şəkildə məhvinə bəraət ola bilməz.
“Beynəlxalq ictimaiyyət nəzarət etməlidir ki, belə hadisələr bir daha heç bir yerdə təkrarlanmasın. Ermənilərin və bölgənin digər xalqlarının yeni nəsilləri sülh və razılıq şəraitində, dini düşmənşilik, təcavüzkar millətçilik və ksenofobiyanın yaratdığı qorxunu bilmədən yaşamalıdır”, – Putinin çoxbaşlı bəyanatında deyilir.
Rusiya prezidenyi “qardaş Ermənistana, Rusiyada yaşayan ermənilərə sülh və rifah” arzulayıb.