Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məmmədyarov Latviyada Qarabağ problemini qaldırdı

Məmmədyarov Latviyada Qarabağ problemini qaldırdı


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb.



XİN mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaş olduğunu bildirən İnara Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu bildirib. Hər iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu bildirən latviyalı spiker Şərq Tərəfdaşlığı çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib.



Parlamentlərarası diplomatiyanın vacibliyini vurğulayan Elmar Məmmədyarov iki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu bildirib. O, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycan və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını qeyd edib.



Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən Elmar Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olması və regional inkişaf üçün münaqişənin həllinin vacibliyini diqqətə çatdırıb. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə tələb olunduğu kimi münaqişənin həlli üçün ilk növbədə Ermənistan sılahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.



Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin vacibliyinə toxunan Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu və digər sahələrdə də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:
Bu xəbər cəmi 1560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR