Qaradağ rayonunda “Çanaqqala-türklərin istiqlal savaşı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
İlk öncə tədbir iştirakçıları Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Çanaqqala zəfərini əks etdirən rəsm əsərlərindən ibarət guşəyə baxıblar.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Çanaqqala zəfərinin türk xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Çanaqqala zəfəri islam dünyasının ən böyük dövlətlərindən biri olan Osmanlı dövlətinin əsarət altına salınmasına yönələn, Avropanın işğalçı dövlətlərinin apardıqları işğalçılıq siyasətinə qarşı türk xalqının və qəhrəman türk əsgərinin ölüm-qalım savaşı, mübarizəsidir.
Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Həmid Karadeniz öz nitqində Çanaqqala zəfəri ilə türklərin tarix boyu nə qədər qəhrəman, mübariz bir xalq olduğunu bir daha sübut olunması fikrini səsləndirib.
Tədbirdə çıxış edən digər natiqlər də Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazdığını bildirdiriblər.