Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda mənzillərin qiymətində şok artım

Bakıda mənzillərin qiymətində şok artım


Son aylaradək 20-30 min manata satılan mənzillər "yoxa çıxıb". 



Qafqazinfo” xəbər verir ki, "Bizim Yol" qəzetinin əməkdaşı mənzil bazarını araşdırdığı zaman son bir ildə təklif olunan birotaqlı mənzillərin qiymətində böyük dəyişikliyin şahidi olub. Əmlak mütəxəssisləri adətən qiymət artımını faizlə ifadə edirlər, amma reallıqda görünən budur ki, artım kiçik rəqəmlərlə ölçülmür. Ən azından birotaqlı mənzillər üçün. Məsələn, keçən il və hətta manatın devalvasiyasından az əvvəl də bazarda 25-30 min manata birotaqlı mənzillər təklif olunurdu. Bəzən bu qiymətə ikiotaqlı mənzilə də rast gəlmək mümkün idi. Keçən il bu vaxt apardığımız araşdırma zamanı məlum olmuşdu ki, Yasamalda "pod mayak" ikiotaqlı həyət evi 20 min manata satılır. Ya da "Nizami" metrostansiyası civarda nisbətən əlçatan qiymətə xeyli mənzil təklif olunurdu. Hazırda müşahidələr belə rəqəmlərin demək olar ki, yoxa çıxdığını göstərir. Bir və ikiotaqlı mənzillərdə ortalama qiymət 80-100 min dollar arasındadır. Ən ucuz mənzil 55-60 min manatdan başlayır, həm də belələri 5-6-cı zonalarda təklif olunur. Mərkəzdə əlçatan qiymətə ev tapmaq mümkün deyil, bahalı təkliflər sayca üstünlük təşkil edir. 



"Təcili", amma baha



Məsələn, Nobel prospektində Leninqrad layihəli 1 otaqlı mənzil 55 min dollara satılır. Şirkətin təklif etdiyi 2 otaqlı mənzil 80 min manat, 3 otaqlı 105 min manat, 4 otaqlı 120 min manatdır. Yeni Yasamalda təcili satılan 1 otaqlı mənzil düz 57 min manatdır. Belə "təcililər"i uyğun qiymətə deyərlər ki, təcili də alınsın. Badamdarda 1 otaqlı "pod mayak" mənzil 70 min manat, Biləcəridə 55 min manat, 7-ci mikrorayonda 70 min manat, Q.Qarayev ərazisində 56 min manat, "Xətai" metrostansiyası yanında 70 min manat, "Nizami" metrostansiyası yaxınlığında 80 min manat, "Bakı" kinoteatrı civarında 60 min manat və 67 min dollar, 5 nömrəli xəstəxananın yaxınında 75 min manat, "Qələbə" dairəsində 65 min manat, Gəncə prospektində 52 min manat, Ayna Sultanova yaxınında 44, 56 və 65 min manat, "H.Aslanov" metrostansiyası çevrəsində 63 min manat, "İnşaatçılar" metrostansiyası yaxınında 54 min manat, "Lider" TV binası yaxınında "pod mayak" 90 min manatdır. "Torqovıy" küçəsində də 4 mərtəbəli evin 3-cü mərtəbəsində təcili 1 otaqlı ev 60 min manata satılır. Yasamaldakı ilə müqayisədə bu ev şəhərin mərkəzindədir və qiymətinə görə "təcili" sözü nisbətən reallığa yaxın görünür. Günəşli qəsəbəsindəki 18 mərtəbəli evin 14-cü mərtəbəsində yenə 1 otaqlı "təcili" satılan 62 min manatlıq evin də qiyməti göründüyü kimi ucuz deyil. Sadalanan mənzillərin elanlarında çox az hallarda "kupça"sı olduğu yazılır. Sənədsiz evlər daha çoxdur, sənədi olanlar isə bahadır. 



Maklerə "xor" baxan ev sahibinin "qiymət siyasəti"



Əhmədli qəsəbəsində 55-80 min manat aralığında 1 otaqlı mənzillər təklif olunur. Bakıxanov qəsəbəsində kupçalı mənzil 28 min manatadır. Sahibi özünün satdığını deyir. Yuxarıda sadalananların əksəriyyətində bir elanda bir neçə mənzil təklif olunur, bu da onun göstəricisidir ki, bazarda alqı-satqı aparanlar daha çox vasitəçilərdir və onlar öz "qiymətləri"ni mənzillərin üzərinə qoyurlar. Əslində qiymətartıran faktorlardan biri də göründüyü kimi "makler" xidmətidir. Yeni Yasamalda 1 otaqlı mənzilini 72 min manata satan vətəndaş isə vasitəçilərin ona zəng etməməsini istəyir. Bundan əvvəlki ev sahibi insaflı imiş, bu ev "maklerli" olsaydı, Allah bilir qiyməti hara gedib çıxacaqdı. 



Zığ şossesində 45 min manatlıq mənzilin isə sənədləri qeydiyyata hazırdır, amma "kupça" olduğu yazılmır. Yenə "H.Aslanov" metrosu yaxınında 68 min manat, Cavanşir Körpüsündə (keçmiş Qaqarin) 65 min manat, yenə həmin ərazidə 75 min manat, Hökumət Evinin yanında 75 min, Yasamalda 55, "Torqovıy"da 85, "İnşaatçılar"da 54 min manata 1 otaqlı mənzillərdir. Şirkət tərəfindən şəhərin mərkəzindən uzaq yerlərdə təklif olunan 1 otaqlı mənzillərin qiyməti 46, 52, 55, 64 min dollardır. "Gənclik" metrostansiyası yaxınında 50 min dollar, "Elmlər Akademiyası"nda 58 min manat, 4-cü mikrorayonda 60 min dollardır. 9-cu mikrorayonda "Kristal" MTK-ya məxsus 18 mərtəbəli binada 48 kv.m-lik mənzil 93 min manata təklif olunur. Kupçası varmış. Əhmədli qəsəbəsində 1 otaqlıların qiyməti 55, 57 min manat, 50, 65 min dollar, Günəşli qəsəbəsində 52 min manat, Qaraçuxur qəsəbəsində 50 min dollar, firmanın təklifi ilə mərkəzdə 50 min manat, Yeni Yasamalda 46 min dollar, A.Sultanova heykəli yaxınında 44 min manat, "Elmlər Akademiyası" metrosu yaxınlığında 47 min manatdır. 



Mənzillərin sahələri əksər vaxtlarda göstərilmir. Bu isə daha çox mənzil sahəsi az olan evlərə şamil olunur. Yenə Q.Qarayev ərazisində 52 min dollar, "Neftçilər"də 55 min dollar və 50 min manat, "Xalqlar Dostluğu"nda 65 min dollar, Ukrayna dairəsində 65 min manat, Binə qəsəbəsində 38 min manata 1 otaqlı mənzil təklif olunur. Yenə belə mənzillər Əhmədli Qəsəbəsində 55 min manat, Tiflis prospektində 115 min manat, Bakıxanov qəsəbəsində 61 min dollar, Yeni Yasamalda 60 min manat, "Neftçilər" metrosu yaxınlığında 62 min manat, S.Vurğun bağı yanında 78 min dollar, Bakı Musiqi Akademiyasının yanında 55 min manat, Yeni Günəşli qəsəbəsində 54 min manat, Amerika səfirliyi yanında 85 min manatdır. 



200 min manata ikiotaqlı mənzili yoxsul alsın, yoxsa dövlətli?



Hələlik manatla təklif olunan evlər nisbətən üstünlük təşkil etsə də, qiymətlər hissolunacaq dərəcədə artıb. Dollarla göstərilənlər də kifayət qədər yüksək rəqəmlərdir. Birotaqlı mənzillər, demək olar, ikiotaqlı qiymətinə satılır. Doğrudur, həmişə birotaqlı evlərin qiyməti ikiotaqlınınkına yaxın olub, amma hazırda qiymət bərabərdir, bəzən də birotaqlı bahadır. Təkcə Xırdalanda 20-30 min manat civarında 1 otaqlı mənzil tapmaq mümkündür, onları da barmaqla saymaq olar. Halbuki bir neçə ay əvvəl ən ucuz evlər elə Xırdalanda təklif olunurdu. Yeni Yasamal, "20 Yanvar" Metrostansiyası yaxınlığı, İnşaatçılar prospektində 2 otaqlı mənzil 85 min manat, "Yeni Həyat" yaşayış kompleksində 130 min manat, "Oazis" restoranı yanında hər kvadratı 1950 manat, Amerika səfirliyi yanında 200 min manat, mərkəzdə R.Behbudov küçəsində 200 min manatdır. 200 min manatı olan yoxsul sayılmır. Yoxsul olmayana da 2 otaqlı mənzil darlıq edər. Hər halda bunlar real rəqəmlər deyil. 



9-cu mikrorayonda 96 min dollar, İnqilab küçəsində kv.m-i 1250 manat, yenə həmin küçədə 110 min manat, Zorge Parkı yanında 172 min manat, "Qurd Qapısı"nda 120 min dollar, N.Nərimanov prospektində 93 min manat, yeni tikilmiş binada 111 və 128 min manat, Badamdar qəsəbəsində 90 min manat, Yeni Yasamalda 68 min manat, Bayıl qəsəbəsində 70 min manat, Musabəyov parkının yanında 128 min manat, "Şərur" MTK-nın Yeni Yasamalda tikdiyi 18 mərtəbəli binada 70 min manat, "Metropark" Ticarət Mərkəzi yanında 16 mərtəbəli binada 175 min manat, H.Əliyev prospektində 150 min manat, "N.Nərimanov" metrosu yanında 90 min dollar və 135 min manat, Parlament prospektində cəmi 48 kv.m-lik mənzil 90 min manat, "Xətai" metrosu yanında 17 mərtəbəli evdə 120 min manat, Neftçilər prospektində 70 min dollardır. İnşaatçılar prospektində cəmi 47 kv.m 100 min manata təklif olunur. Bu, birotaqlı evin sahəsidir. 



Keçmiş "Qələbə" kinoteatrı yanında satılan mənzil 160 min, Nərimanov heykəli yanında 145 min, A.Neymətulla küçəsində 127 min manat və 90 min dollar, H.Əliyev küçəsində 95 min manat, S.Vurğun küçəsində 89 və 112 min manat, Neapol dairəsində 103 min və 82 min dollar, Tibb Universiteti yanında 125 min manat, Əhmədlidə 55, 78, 85 min dollar, "Neftçilər" metrosu yaxınında 75 min dollar, "Gənclik" metrosu yaxınında 90 və 115 min manat, "Nizami" metrosu yaxınında 130 min manat, Ukrayna dairəsində 90 min dollar və 100 min manat, Bayılda 84 min manat, Yeni Yasamalda 110 min manat, Əhmədli ərazisində 70 min manat və 75-85 min dollar, Hövsanda 65 min dollar, Masazırda 78 min manat, Yasamalda 72 min manat, Mətbuat prospektində 130 min manat, "H.Aslanov" metrosu yaxınında 69 min manat, "M.Əcəmi" metrostansiyası yanında 105 min dollar, Bakıxanov qəsəbəsində 80 min, Təbriz küçəsində 150 min, H.Cavid prospektində 110 min manat və s.-dir. Sonrakı elanların çoxu dollarladır. Sütun elanların az qala yarısı xarici valyuta ilə göstərilib.



118 kv.m cəmi 2 milyon manatdır



3 otaqlı mənzillərdən ən ucuzu 105 min manatdan başlayır, qiymətlər əsasən 170-390 manat arasında "oynayır". 250 min manata da 3 otaqlı mənzil var, 300 min manata da, 370 min dollara da. 4 otaqlı mənzilin qiyməti Tibb Universiteti yanında 410 min manat, S.Vurğun bağı yaxınlığında 570 min dollardır. Supertəmirli, mebellə birlikdə. Xüsusi evlərdə yarım və bir milyon manatlıq mülklər çox vaxt ya elanla çıxarılmır, ya da qiyməti "danışıq yolu ilə" adı altında gizlədirlər. Çünki yüksək qiymətlərə artıq vergi tətbiq olunur. "H.Aslanov" metrosu yaxınlığında 0,24 ha torpaq sahəsi 1.2 milyon manata təklif olunur. "Xalqlar Dostluğu" metrosu yaxınında sotu 36 min dollara da torpaq sahəsi var. Patamdarda cəmi 0.06 ha torpaq 380 min manatdır, sotu 63 min manatdan bahadır. Həm də sadəcə "çıxarış"la. Azadlıq prospektində ümumi sahəsi 750 kv.m olan hazır hotel 2 milyon manata təklif olunur. 105 kv.m-lik obyekt isə 410 min manatdır. Mərkəzi Nizami küçəsində 118 kv.m obyekt 2 milyon manat, Gəncə prospektində şadlıq evi yenə bu qiymətə deyilir.



İlkin mənzil bazarında qiymətlər xeyli yüksək olduğundan tələbat da daha çox təkrar mənzillərədir. Kirayə bazarında qiymət nisbətən sabitdir. Ekspertlərin proqnozlarına görə, manatla bərabər 10 il ərzində artan mənzillərin qiymətində bu ilin sonuna qədər enmələr gözlənilir. Amma qiymətlər adətən cüzi fərqlə enir. Proqnozlar sevinmək üçün o qədər də əsas vermir. 80 min manata təklif olunan 1 otaqlı mənzilin 40 min manata satılacağına ümid etmək olmaz. Xüsusilə də aparılan tikintilərin sayının get-gedə azalması qiymətin prinsipial azalmayacağını şərtləndirir. Hətta ucuzlaşma olsa belə, bu, müvəqqəti xarakter daşıyacaq, uzunmüddətli olmayacaq. Bunu da indiyə qədərki müşahidələrimiz deməyə əsas verir.   


Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR