Azərbaycan vətəndaşları İrana hər 15 gündən bir buraxılırlar. Əvvəllər hər bir Azərbaycan vətəndaşına İrana həftədə bir dəfə getməyə icazə verirdilər.
Astara keçid məntəqəsi də yeni qayda ilə işləməyə hazırlaşır. Burda da Azərbaycan vətəndaşları İrana ayda iki dəfədən artıq buraxılmayacaqlar.
Ancaq hər iki gömrük məntəqəsində bunun səbəbləri ilə bağlı hər-hansı izahat vermirlər.
İran 2009-cu ildə Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib. Azərbaycanlılar keçid məntəqələrində viza olmadan xarici pasportu təqdim etməklə İrana keçə bilirlər. Lakin iranlılar Azərbaycana gələrkən viza almalı olurlar.
***
Azərbaycan vətəndaşlarının İrana hər 15 gündən bir buraxılması barədə Biləsuvar gömrük məntəqəsinin yeni qaydaya keçməsinə dair yayılan xəbərlərin heç bir əsası yoxdur.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edək ki, həmin xəbərlərdə Astara keçid məntəqəsinin də yeni qayda ilə işləməyə hazırlaşdığı iddia olunurdu.