Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda internetin sürəti artırıldı

Azərbaycanda internetin sürəti artırıldı


Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə ümümdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə 17.0% üstələyib.



 



AzVision.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 75-ə, genişzolaqlı internet istifadəçilərinin sayı 62-yə bərabərdir. Bu ilin birinci rübünün nəticələrinə əsasən, hər iki göstərici üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.



Respublikanın regionlarında rayon mərkəzləri, şəhərlər və qəsəbələrlə yanaşı, ucqar kənd yaşayış məntəqələrində də əhalinin yüksəkkeyfiyyətli genişzolaqlı internet xidmətlərindən istifadəsi məqsədilə “Multimedia xidmətlərinin inkişafı” layihəsi də işlənib hazırlanıb və layihənin maliyyələşdirilməsi üçün “Amsterdam Trade Bank”dan 13,7 milyon avro kredit alınıb.



Layihə üzrə müasir texnologiyaya əsaslanan stansiya və genişzolaqlı xidmət avadanlıqlarının satınalması üçün müvafiq şirkətlərlə müqavilələr bağlanılıb, avadanlıqlar sifariş verilib və artıq bir hissəsi təchiz edilib.



Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 64000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 98000 port tutumunun quraşdırılaraq istismara verilməsi nəzərdə tutulur.



Cari rüb ərzində “Bakinternet” internet xidmətinin qlobal internet şəbəkəsinə qoşulma surəti ilin əvvəlinə nisbətən 6,5 Gbit/s artırılaraq 46,5 Gbit/s-yə çatdırılıb və 2014-cü ildə qurulmuş yeni internet platformasına bütün “Bakinternet” istifadəçilərinin qoşulması təmin edilib.


Teqlər:
Bu xəbər cəmi 795 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR