Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır

Bakcell tələbələr üçün müxtəlif imkanlar yaradır


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin əməkdaşları universitet tələbələri ilə növbəti görüş keçiriblər. Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan görüşdə “SABAH” qrupuna daxil olan müxtəlif universitetlərdən olan tələbələr iştirak ediblər. 



Görüş zamanı Bakcell şirkətinin kadrlar şöbəsinin əməkdaşları tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı barədə məlumat verməklə yanaşı, CV hazırlanması və iş müsahibələrinə  hazırlıq prosesi barədə ətraflı məlumat və məsləhətlər veriblər. 



Karyerasına başlamaq və ilkin iş təcrübəsinin olmaması səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş “Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell onlara  müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar. ”Smart Start” proqramı barədə daha ətraflı məlumatı http://www.bakcell.com/az/student-opportunities səhifəsindən əldə etmək olar. 



Bununla yanaşı, tələbələrə Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab proqramı və gənclər üçün geniş imkanlar yaradan digər layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.



“Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.



Qeyd edək ki, bu görüşdən bir həftə öncə Bakcell əməkdaşları Azərbaycan Universitetinin tələbələri ilə də görüş keçiriblər. Tələbələrin xüsusi maraqlarını nəzərə alaraq Bakcell şirkəti belə görüşləri davamlı şəkildə digər təhsil ocaqlarında da keçirməyi planlaşdırır. 


Teqlər:
Bu xəbər cəmi 1180 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR