Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb

Qənirə Paşayeva AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb
Millət vəkili Qənirə Paşayeva AŞPA-da azərbaycanlı məcburi köçkünlərin çağırışını səsləndirib və işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb.

Bu gün AŞPA-nın yaz sessiyasının ilk günü millət vəkili Qənirə Paşayeva Assambleyada çıxış edərək azərbaycanlı məcburi köçkünlərin təşkilata çağırışını səsləndirib və işğalçı Ermənistana təzyiq göstərməyə çağırıb. 


 


Millət vəkili Qənirə Paşayeva Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etməsindən danışaraq Avropa Şurasını sərt addımlar atmağa çağırıb. Və öz evinə dönə bilməyən, haqları Ermənistan tərəfindən pozulmaqda davam edən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən işğalçı Ermənistana təzyiq göstərməyə çağırırlar deyib: ”Mən Assambleya üzvləri həmkarlarımızın diqqətinə ötən sessiyadan keçən dövr ərzində Cənubi Qafqaz bölgəsində baş verən bəzi çox vacib məsələləri çatdırmaq istəyirəm və Assambleyanı təcili addımlar atmağa çağırıram. Azərbaycan və Ermənistan Avropa Şurasına daxil olan zaman Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərlərinə öhdəlik götürüblər. Neçə illər keçməsinə baxmayaraq heç bir nəticə və irəliləyiş yoxdur. Heç bir nəticənin əldə olunmamasının səbəbi Ermənistanın Asambleyanın qəbul etdiyi 1416 saylı qətnaməni uzun illərdir ki, yerinə yetirməkdən imtina etməsidir. Məhz bunun nəticəsində də bölgədə vəziyyət getdikcə daha da gərginləşir. Mən sizin diqqətinizə son günlər bölgədə baş verən bəzi hadisələri çatdırmaq istəyirəm və Assambleyanı onlara ciddi diqqət yetirməyə çağırıram. Ermənistanın atəşkəs rejimi mütəmadi olaraq pozaraq mülkü insanları snayperlərlə hədəfə alması nəticəsində mənim millət vəkili olaraq təmsil etdiyim bölgədə bir neçə mülkü vətəndaş öz evində, öz həyətində yaralandı. Avropa Şurası bu məsələyə laqeyid yanaşmamalıdır. Əgər Avropa Şurası vaxtında, indiyə qədər Ermənistana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəliklərin,1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində ciddi təzyiqlər etsəydi bəlkə də bu günə qədər yüzlərlə mülkü insan öz həyatını itirməyəcəkdi. Ona görə də biz sizi əziz həmkarlar bu mövzuya  diqqət ayırmağa, bununla bağlı da müzakirələrin aparılmasına çağırırıq. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100- minlərlə azərbaycanlı qaçqın və məcburu köçkünlər sizdən bunu gözləyir və sizi buna çağırırlar. Onlar sizi Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarının azad edilməsi üçün rəsmi İrəvana ciddi təqyiq göstərməyə çağırır və sizdən bunu gözləyirlər. Onlar sizdən qəbul etdiyiniz 1416 saylı qərarın yerinə yetirilməsi üçün işğalçı Ermənistana təzyir göstərməyə çağırırlar”.

Teqlər:
Bu xəbər cəmi 1175 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR