TRT Haber kanalının ən çox seyredilən proqramlarından olan Ufuk Çizgisi bu axşam Bakıdan canlı yayımlanacaq. 20 mart 2013 Bakı vaxtı ilə 23:05-de, Türkiyə vaxtı ilə 21.05 -də yayımlanacaq proqramda millət vəkili, Qənirə Paşayeva, ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun və Qadın Jurnalistlər Birliyinin rəhbəri Sevil Yusifova iştirak edəcəklər. Canlı yayım 100 dəqiqə davam edəcək. Aparıcısı ve rejissoru Haluk Koçla "Qarabağ Özəl"’ bölümü TRT Haber ve TRT Avaz kanallarında yayımlanacaq. TRT Bakı Temsilcisi Yüksel Değercanın verdiyi məlumata əsasən, proqramda Novruz bayramı, ölkənin bir nömrəli problemi olan Qarabağ, cəbhə xəttindəki gərginlik, problemin həllində ATƏT-in və Rusiyanın rolu, eləcə də 31 Mart soyqırımı işıqlandırılacaqdır. Haluk Koçun rəhbərlik etdiyi çəkiliş qrupu Azərbaycandan 5 gün boyunca Bakı, Xocavənd və Qubada çəkilişler apardı. İctimai Televiziyanın studiyalarından yayımlanacaq proqrama qonaqlar dəvət edildilər. Ufuk Çizgisi proqramının martın 27-də Bakı vaxtı 23:05-de yayımlanacaq proqramı yenə Azərbaycan, onun iqtisadi və energetika siyasətinə, eləcə də Trans Anadolu layihəsinə həsr olunacaq. Haluk Koçun 27 fevral 2013 tarixində hazırladığı Xocalı qətliamı bütün detalları ilə seyrçilərə təqdim edilmişdi.