Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır

StartUp Azərbaycan Layihəsi fəaliyyətə başlayır
StartUp Azərbaycan Təşkilat Komitəsi bildirir ki, 19 mart tarixdən etibarən StartUp Azərbaycan Layihəsinə start verilir və milli StartUp-ların qeydiyyatına başlanır.


StartUp Azərbaycan Layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.



Təqdim edilən İnternet Layihələrin son məqsədi real İnternet biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətlənməlidir. Mümkündür ki, hansısa mövcud biznes-ideyalar üzrə Layihələr təklif olunsun, belə halda təklif olunan yeni layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.



Layihələr elmi –tədqiqat, araşdırma tipli olmamalıdır. Bu tip layihələr StartUp Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.

Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.



StartUp-ların qeydiyyatı 19 Mart tarixdən başlanır və cari ilin May ayının birinci yarısında yekunlaşır. Yarışma 2 mərhələdə həyata keçirilir. May ayının 2-ci yarısında Yarımfinalçılar müəyyən olunur. Yarımfinalçılar 15 gün müddətində biznes-planları təqdim edirlər. Qaliblər Yekun təqdimat mərasimində elan olunur. Təqdimat mərasiminin Iyun ayının sonunda keçirilməsi nəzərdə tutulur.

StartUp Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən StartUp-ların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla StartUp Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə Yarımfinalçılar müəyyən olunur və onların təqdim etdikləri biznes-planlar əsasında məhdud sayda qaliblər müəyyən olunur. Qaliblər investorlar qarşısında öz StartUp-larının təqdimatlarını edirlər.



Ekspertlər özlərinə aid olan StartUp-ların qiymətləndirilməsində iştirak etmirlər.

StartUp Azərbaycan komandası Layihənin yekununda uğurlu hesab edilən qalib StartUp-ları investorlara və digər Fondlara təqdim edir.

StartUp Azərbaycan yalnız yarışmadan ibarət deyildir. Layihə çərçivəsində Startupçılar üçün təlimlər, StartUp Kamp-ları təşkil olunur, investorlarla görüşlər keçirilir. Yerli və xarici ekspertlərin dəstəyi ilə StartUp-lara təcrübə keçmələrinə yardım edir. StartUp-lara komanda formalaşdırmağa köməklik göstərilir.



StartUp Azərbaycan Layihəsinə Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir. StartUp Azərbaycan –nın Baş sponsoru Bakcell şirkətidir.

Microsoft, İnfi Pro şirkətləri də StartUp Azərbaycanın sponsorlarıdır.


Teqlər:
Bu xəbər cəmi 1925 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR