"Manat necə qayıda bilər ki..." Vüqar Bayramovla müsahibə VİDEO
Manatın dollara nisbətən məzənnəsinin müqayisəli möhkəmlənməsi ictimaiyyətdə milli valyutanın yenidən devalvasiyadan əvvəlki səviyyəyə qayıdacağı ilə bağlı ümid yaradıb.
Mətbuatda verilən məlumatlarda, Neft Fondunun xaricdə saxlanılan valyuta ehtiyatlarının bir qisminin ölkəyə gətiriləcəyi və bununla manatın keçmiş kursunun bərpa ediləcəyi ilə bağlı iddialar yer alır.
Bu informasiyalar ölkədə dollarlaşma prosesinin sürətlənməsinin qarşısını almaqda faydalı olsa da, real əsaslarını olub-olmaması şübhə doğurur. Mərkəzi Bankın ikinci kəskin devalvasiyaya getməsi gözlənilməsə də, əvvəlki məzənnəyə qayıtmaq şansının olması da ağlabatan deyil.
Bütün bu suallara aydınlıq gətirmək üçün musavat.com iqtisadçı ekspert Vüqar Bayramovla müsahibəni təqdim edir.
Manat qayıtması üçün iqtisadi əsaslar varmı? Xaricdəki valyuta ehtiyatlarını valyuta bazarına yatırmaq nə dərəcədə doğru addımdır? Azərbaycan hökuməti Rusiyanın rublu dirçəltmək təcrübəsindən istifadə edəcəkmi? Bu proses bankların kredit siyasətinə necə təsir edəcək?
Təqdim etdiyimiz videomüsahibəni izləməklə bütün bu suallara cavab tapa bilərsiniz.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.