Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səngərdən reportaj: Şəhid yoldaşlarımızın qanını alacağımıza and içmişik – FOTO

Səngərdən reportaj: Şəhid yoldaşlarımızın qanını alacağımıza and içmişik – FOTO


“Hərbi hissəmiz Kəlbəcərə dönmək əmrini gözləyir”.



İyulun 30-dan Ermənistan Ordusu tərəfindən cəbhə xəttində atəşkəs rejiminin intensiv şəkildə pozulması və diversiya-təxribat cəhdlərinin aktivləşməsi qeydə alınır. Düşmənin basqınlarının dəf edilməsi və onların zərərsizləşdirilməsinə nail olan ordumuzun bölmələri də təəssüflər olsun ki, müəyyən itkilər verir. İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin bir neçə istiqamətində Ermənistan Ordusunun diversiya-təxribat cəhdlərinin dəf edilməsi zamanı 8 hərbçimizin şəhid olması, 5 hərbçimizin yaralanması xəbəri bir sıra mətbu orqanlarda, internet saytlar və sosial şəbəkələrdə müxtəlif dezinformasiyaların yayılmasına yol açmış oldu.



Oxu.Az xəbər verir ki, APA-nın cəbhənin qaynar nöqtəsində baş verənləri ictimaiyyətə çatdırmaq üçün müdafiə naziri, general-polkovnik Zakir Həsənova ünvanladığı müraciətə qısa müddət ərzində müsbət cavab alındı və agentliyin əməkdaşı Rəşad Süleymanov avqustun 2-də Tərtərə yola düşdü.



Tərtər briqada qərargahı



Tərtərə axşam saatlarında çatdıq. Nə şəhərin özündə, nə də hərbi hissəyə gedən yol boyu saytlarda və sosial şəbəkələrdə yazılan kimi - əhalinin cəbhəyə yaxın yaşayış məntəqələrini tərk etdiyi müşahidə olunur. Rayonda ümumiyyətlə hər hansı təşviş yoxdur. Tərtərdən keçib şəhərin yaxınlığındakı hərbi briqada qərargahına gəlirik. Hava qaraldığından burada gecələməli olacaq və səhər cəbhə xəttindəki mövqelərə baş çəkəcəyik.



Cəbhə xəttinin yaxınlığında yerləşən briqada qərargahında hərəkətlilikdir. Son iki gündə cəbhədə baş verən hadisələrlə əlaqədar olaraq hərbi hissə döyüş növbətçiliyini gücləndirib. Arzuolunmaz hadisələrin yaşanmaması üçün mühafizə gücləndirilib. Döyüş postları ilə mütəmadi rabitə əlaqəsi saxlanılır.



Hərbi hissənin komandir müavini Zaur Rüstəmov vəziyyət barədə bizi qısaca məlumatlandırır. Komandir müavini deyir ki, iyulun 31-dən 1-nə və avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Qapanlı kəndi istiqamətində Ermənistan Ordusunun diversiya-təxribat cəhdləri baş verib. Ərazidə xidmət edən Azərbaycan hərbçiləri tərəfindən düşmənin hücumu dəf edilib. Düşmən tərəfinin itkilərinə dair işarələr olsa da, onlar döyüş meydanında yaralı və meyit saxlamayıblar. Düşmənin hücumunun dəf edilməsi zamanı Azərbaycan Ordusunun iki hərbçisi şəhid olub. Digər hadisə zamanı isə düşmən ağır itkilərə uğradılıb.



Hərbi hissə qərargahında keçirdiyimiz gecədə cəbhə xəttindən arabir atəş səslərini eşidirik. Komandir müavini deyir ki, son iki gündə ağır itkilər səbəbindən ermənilərin cəhdləri azalıb. Buna baxmayaraq, əsgərlərimiz sayıqdırlar. Qarşı tərəfdə baş verən bütün hərəkətlər qeydə alınır. Vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilir.



Qapanlı



Səhər açılar açılmaz gecə internet saytlarında əhalinin Tərtərin Qapanlı kəndini kütləvi şəkildə tərk etməsi, kəndin boşalması barədə xəbərləri oxuyub Qapanlıya üz tuturuq. Kəndə girər-girməz jurnalist ordusu ilə qarşılaşırıq. Kimi çəkir, kimi yazır. Kənd əhalisi də and-aman edir ki, nə qaçmaq, kim yazır ki qaçmışıq?



Xəbər tuturuq ki, sosial şəbəkələrdə və bəzi saytlarda Qapanlının boşaldılması xəbərini eşidər-eşitməz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov da gecə saatlarında kəndə gəlib, gecəni də Qapanlıda keçirib.



Qapanlı bələdiyyəsinin sədri Lətif Həmidov APA-ya deyir ki, kənd ermənilər tərəfindən atəşə tutulsa da, heç kim ev-eşiyini tərk etmir:



“Qapanlı camaatı 1992-1994-cü illərdə silah götürüb döyüşdü. Kəndi tərk edən olmadı. Hamı öz işində, gücündədir. Bu təxribat xəbərlərini kim yayır, bilmirik”.



Bələdiyyə sədrinin sözlərinə görə, camaat işində-gücündədir, bəzi ailələr toya hazırlaşır:



 “Ötən gün kəndin əhalisi, I Qarabağ müharibəsində döyüşənlər, gənclər hərbi hissə komandanlığına müraciət elədi ki, silaha sarılıb sizinlə birgə döyüşməyə hazırıq. Biz ordumuza güvənirik, onlarla bir yerdəyik”.



Taborda



Sakinlərlə görüşüb söhbətləşdikdən sonra ərazinin müdafiəsinə cavabdeh olan tabora yollanırıq. Tabora gedən yol qarşı tərəfin atəşindən qorunmaq üçün torpaq sədlə qapanıb. Səddən düşmən mövqelərinə qədər olan məsafədə ordumuzun yenə mövqeləri yerləşir.



Burada Azərbaycan Ordusunun döyüş postları ilə düşmən mövqelərinin arası 100-200 metrdir. Kiçik ehtiyatsızlıq insanın həyatına son qoya bilər. Səngərdə təhlükəsizlik qaydalarına maksimum riayət eləmək lazımdır. Əks halda düşmən snayperinin qurbanı ola bilərsən.



Taborda bizə ötən iki gecə ərzində baş verən hadisələr barədə geniş məlumat verilir. Hadisələrin təfərrüatlarını isə erməni təxribat-diversiya qrupunu dəf edən hərbçilərimiz danışırlar.



Düşmənin diversiya təxribat qrupunu dəf edən post başçısı, gizir Babək Əliyevin sözlərinə görə, iyulun 31-dən avqustun 1-nə keçən gecə saat 01:30 radələrində ön xəttə müşahidə postuna erməni diversiya qrupu basqın edib. İlk olaraq onları manqanın şəhid olan əsgəri Vüqar Poladov düşmənin diversiya qrupunu aşkarlayıb. Atəş açaraq “basqın” komandası verib. Bu zaman ermənilər tərəfindən posta iki ədəd F-1 əl qumbarası atılıb. Qumbaranın partlaması nəticəsində V.Poladov və əsgər Elnur İbrahimov yaralanıb, digər əsgərlər düşmənlə atışmağa başlayıb:



“Biz erməni diversiya qrupu ilə təxminən 2 metr, 2 metr yarım məsafədə atışırdıq. Onlar təpənin üstündə, bizsə aşağıda idik. Bununla belə, idarəetməni itirməyib, postu qoruduq. Təxminən 5-6 dəqiqə atışmadan sonra ermənilər əlavə dəstək almalarına baxmayaraq, geri çəkilməli oldular. Biz isə düşmənə zərbə vurmaq üçün təpənin üstünə çıxaraq mövqe tutduq və atəş açmağa başladıq. Bu zaman düşmənin diversiya qrupunun geri çəkilməsi üçün qarşı tərəfdəki mövqelərdən onlara iri çaplı silahlarla atəş dəstəyi verilməyə başlandı. Düşmənin geri çəkilməsi ilə müşayiət olunan döyüş təxminən 40 dəqiqəyə yaxın getdi”.



Gizir B.Əliyevin sözlərinə görə, döyüşdə erməni diversiya qrupu itki versə də, onlar öz itkilərini döyüş meydanından çıxarmağa nail olublar.



Post başçısı hücum edən erməni diversiya qrupunun 15-20 nəfərdən ibarət olduğunu bildirib:



“Mən taborun dayaq məntəqəsi ilə əlaqə yaratdım. Biz yaralı əsgərlərimizi oradan çıxarsaq da, onlar şəhid oldular”.



Erməni diversiya qrupunun dəf edilməsində qəhrəmanlıq göstərmiş əsgər İlkin Seyfullayev isə deyir ki, hücum bir an içində olub. Ermənilər onları məhv edərək digər postları ələ keçirmək və bölüyün dayaq məntəqəsinə zərbə endirmək niyyətində olublar:



“Biz orada qrup komandiri də daxil olmaqla 6 nəfər idik. Özümüzü itirsəydik, bizi də, digər postlarımızı da məhv edəcəkdilər”.



Əsgər şəhid yoldaşlarının qanının alınacaqlarına and içdiklərini deyir.



Tabor komandiri ermənilərin ikinci hücumu zamanı isə taborun sanitar sürücüsü, müddətdən artıq xidmət edən (MAXE) Nicat İbrahimovun xüsusi şücaət göstərdiyini, onunu yaralı əsgərləri düşmən atəşi altından çıxararaq qısa müddətdə hospitala yetişdirdiyini deyir.



Ərazidə xidmət edən hərbçilərdən avqustun 1-dən 2-nə keçən gecə baş vermiş, 3 hərbçimizin şəhid olduğu döyüş barədə də məlumat alırıq. Bu döyüşdə atəşkəs dövründə – ötən 20 ildə ilk dəfə olaraq Azərbaycan ordusu düşmən mövqelərinin məhv edilməsində avtomatik minaatanlardan və D-30 haubitsalarından istifadə edib.



Azərbaycan tərəfi Dağlıq Qarabağdakı separatçı silahlı birləşmələrin xüsusi təyinatlı bölməsi və Ermənistan Müdafiə Nazirliyinin diversiya-kəşfiyyat alayının bir bölməsinin cəbhənin Qapanlı-Nəmirli istiqamətində düşərgə salması barədə kəşfiyyat məlumatı əldə etdikdən sonra preventiv tədbir həyata keçirib. Məlumata görə, ermənilər iki istiqamətdə - Tərtər və Ağdam briqadalarının ərazisinə eyni anda basqın edərək Azərbaycan Ordusunun mövqelərini məhv etməyi planlaşdırırmış. Düşmənin cəbhə xəttinin arxasındakı düşərgəsinə basqın edən hərbçilərimiz düşərgəni dağıdıb. Əməliyyat üçün çadırlarda istirahət edən erməni xüsusi təyinatlıları müqavimət göstərə bilməyiblər. Oradakı 5 çadır və bir neçə nəqliyyat vasitəsi hərbçilərimiz tərəfindən tamamilə məhv edilib. Kəşfiyyat məlumatlarına görə, bu əməliyyat zamanı ermənilər 40-dək itki verib.



Əməliyyatdan sonra geri çəkilən əsgərlərimiz ön xətdəki erməni postundan avtomatik qumbaraatanla (AQS) atəşə tutulub. Nəticədə yaralanmış 3 gizirimiz şəhid olub.



Snayperlər – əl tətikdə



Ərazidə çalışan snayperlərimiz haqda isə düşmənə göz verib, işıq vermir demək olar. Erməni əsgərlərinə qənim kəsilən hərbçilərimiz SVD, milli silahımız olan 14.5 mm çaplı “İstiqlal” snayper tüfəngi və 12.7 mm çaplı OSV-96 snayper tüfəngləri ilə ermənilərin mövqelərini atəş altında saxlayırlar. Snayper Fəxrəddin Yaşarov orduda müqavilə əsasında xidmət edir. O, atış məsafəsinə daxil olan ermənilərin nəqliyyat vasitələrini vurduqlarını deyir:



“Mən son dəfə ermənilərin möhkəmləndirilmiş atəş mövqeyində olan hərbçisini OSV-96 tüfəngi ilə vurdum, onun ölümü xəbəri bildiyim qədər erməni mətbuatında da təsdiqini tapıb. Bu hadisə iyulun 24-də gecə saat 10-da olub”.



“Snayper peşəsi səbr və yaxşı maskalanma tələb edir. Bunu bacarırsansa, snayper olmalısan”, - deyən snayperimiz hər bir şəhid hərbçimizin qisasının alındığını bildirir.



Snayper Müşfiq Məmmədov isə 19 aydır orduda müqavilə əsasında xidmət edir. O, bundan əvvəl xidmət etdiyi döyüş postunda “İstiqlal” snayper tüfəngi ilə uzaq məsafədən dəqiq atəşlə ermənilərin maşınını vurub.



Birinci briqada



Tərtərdəki postlardan Goranboya yola düşürük. Yolumuz hazırda döyüş yolunu cəbhədə davam etdirən Azərbaycan Ordusunun ilk hərbi hissəsinə – başqa sözlə birinci briqadayadır.



Birinci briqada Ağcakənd istiqamətində Murovdağda Kəlbəcər rayonu ilə həmsərhəd bölgələri müdafiə edir. Hərbi hissə qərargahında və ön xətdəki taborlarda gerçəkdən də birinci briqada əhval ruhiyyəsini hiss etmək olur. Taborun qərargah rəisi Fuad Mirzəyev APA-ya deyir ki, həyəcan komandası verildikdə hamı döyüşə getməyə çalışır:



“Bəzən hansısa əsgəri geri qaytardıqda onlar bizdən ayrı-seçkilik etməməyi tələb edir. Hətta maşından düşürə bilmirik”.



Elə biz taborda olarkən postlardan birindən gələn həyəcan komandasında da bunun şahidi oluruq.



Tabordan briqadanın komanda qərargah məntəqəsinə qalxırıq. Buradan düşmənin Gülüstan kəndindəki və yaxınlıqdakı mövqeləri müşahidə olunur. Ermənilərin bəzi mövqeləri meşəlik ərazidə yerləşir. Əsgərlərimiz söhbət zamanı qarşı tərəfdəki erməni taboruna gedən yola nəzarət etdiklərini, onların bütün hərəkətlərini müşahidə altında saxladıqlarını deyirlər.



Yeri gəlmişkən, qeyd edək ki, orada olduğumuz gün tabor komandiri Vüsət Xanıyev və qərargah rəisi Fuad Mirzəyev də daxil olmaqla, bir qrup hərbi qulluqçuya əraziyə gələn müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” medalının 3-cü dərəcəsi və qiymətli hədiyyələr təqdim olundu.



V.Xanıyev avqustun 1-dən 2-nə keçən gecə Gülüstan kəndi yaxınlığında erməni kəşfiyyat-diversiya qrupunun əraziyə sızma cəhdinin qarşısının alındığını deyir. Hadisə zamanı bir hərbçimiz yaralansa da, düşmən postdakı əsgərlərimizin sayıqlığı və köməyin vaxtında gəlməsi nəticəsində geri çəkilib.



Adıçəkilən posta basqının təfərrüatları barədə danışan tabor komandirinin sözlərinə görə, erməni diversiya qrupu sol və sağ tərəfdən olmaqla - iki istiqamətdən təpədəki postumuza qalxmağa cəhd göstərib:



“Lakin post başçısı onu görüb. Postun şəxsi heyəti dairəvi müdafiəyə keçərək postu müdafiə edib. Verilən dəstək nəticəsində post gücləndirilib və düşmən sıxışdırılıb, itkilərini də götürərək geri çəkilib. Hücum zamanı postumuzda xidmət edən hərbçilərimizdən biri - kiçik çavuş Elvin Əsgərov yaralansa da, vaxtında təxliyə olundu. Hazırda onun vəziyyəti yaxşıdır”.



Erməni basqınının qarşısının alınmasında fərqlənən əsgər Qadir Cəfərov bildirir ki, döyüş 30-35 dəqiqə davam edib. Posta basqın edən erməni diversiya qrupunda ən azı 20 nəfər olub.



Əsgər deyir ki, avqustun 2-dən 3-nə keçən gecə qarşıdakı erməni postlarının birindən digərinə atıcı silahlardan və DŞK silahlarından 5 dəqiqə ərzində atəşin açılması müşahidə olunub.



Hərbi hissə komandirinin müavini Qafqaz Zeynalov deyir ki, xidmət etdiyi briqada əmr gəldiyi anda düşməni darmadağın etməyə hazırdır:



“Biz Azərbaycanın hərb tarixində adı və yeri olan briqadanın zabitləri və əsgərləriyik. Hərbi hissəmiz Azərbaycanda ən çətin döyüşləri aparıb. Bu gün də hərbi hissəmiz ilk dislokasiya yerimiz olan Kəlbəcərə dönmək əmrini gözləyir”.



Beləcə, düşmənlə burun-buruna, göz-göz dayanmış igid əsgərlərimizdən ayrılıb, səngərdən geri dönürük. Amma əliboş yox! Onların düşmənin burnunu tezliklə ovacaqları ümidi ilə... 



 



Teqlər:
Bu xəbər cəmi 5585 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR